Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - Fotolar

Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər çoxdur. Onlardan bəziləri bu əməliyyatlarla hətta yeni bir şəxsə də çevrilib. Lakin heç də hər zaman bu əməliyyatlar uğurlu nəticələnmir.

PİA.az Yenisabah.az-a istinadən yerli şou-biznesdə gözəlləşmək üçün bıçaq altına yatsa da, nəticəsi uğursuz olan məşhurları təqdim edir:

Əməkdar artist Lalə Məmmədova:

Ötən ay burnunu əməliyyat etdirən məşhurlar siyahısına qoşulan müğənni tənqid atəşinə tutulub. Pərəstişkarları burnunun yeni görünüşünün ona yaraşmadığını, əməliyyata ehtiyacı olmadığını bildiriblər. Müğənninin əməliyyatdan sonra üz cizgilərinin tamamilə dəyişdiyi də diqqətlərdən qaçmayıb.

Aparıcı Samirə Mustafayeva:

Beş illik fasilədən sonra ekranlara qayıdann tanınmış xəbər aparıcısı yeni görünüşü ilə hər kəsi şoka saldı. Üzündə bir neçə plastik əməliyyat keçirən aparıcı izləyicilər tərəfindən tənqid atəşinə tutuldu.

Xalq artisti Flora Kərimova:

Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçilər arasında olan F.Kərimov hələ sovetlər dönəmində bu riskli addımı atıb. O, ilk əməliyyatını Gürcüstanda etdirib.

Xalq artisti Faiq Ağayev:

F.Ağayev də plastik əməliyyat etdirənlər sırasındadır. Sənətçi özü bunu heç vaxt etiraf etməsə də, uğursuz burun əməliyyatı ilə tez-tez müzakirə edilir.

Şairə Nazilə Səfərli:

Şairə ikinci dəfə burnunu əməliyyat etdirsə də sosial şəbəkə istifadəçiləri tərəfindən hələ də tənqid edilir.

Rəqsanə İsmayılova:

10 dəfədən çox əməliyyat masasına uzanan müğənni bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Lakin sənətçinin son günlər sosial şəbəkə hesabında paylaşdığı fotolardan əməliyyatların o qədər də uğurlu olmadığı hiss edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar