Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qasparyan əsgərlərini ruh düşkünlüyündən xilas etmək üçün bu yola əl atır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Azərbaycan-Ermənistan təmas xəttində yerləşən hərbi hissələrin birində olub.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, O.Qasparyan cəbhə xəttində xidmət edən əsgərlərlə görüşüb, onlara simvolik hədiyyələr təqdim edib.

Bu fakt göstərir ki, Ermənistan ordusunun əsgərləri arasında mənəvi-psixoloji durum ürəkaçan deyil. İşğalçı ölkənin rəhbərliyi isə yüksək rütbəli hərbçiləri təmas xəttinə göndərməklə, əsgərlərə kiçik hədiyyələr təqdim etməklə ruh düşkünlüyünü aradan qaldırmağa çalışır.

Ermənistanda ordudan yayınma və qaçma, əsgərlik yaşı çatanların ölkəni tərk etməsi, həmçinin orduda intizamsızlıq, əsgər ölümləri ilə bağlı xəbərlərə erməni mediası və sosial şəbəkələrində tez-tez rast gəlinir. Hazırda Ermənistan hakimiyyətinin içərisindəki qarşıdurma və xalqda yaranmış ruh düşkünlüyünün orduya da sirayət etməsi danılmaz faktdır və bu barədə ermənilər özləri də sosial mediada tez-tez yazırlar. Görünür, Qasparyanın erməni əsgərlərin könlünü kiçik hədiyyələrlə almağa yönəlmiş səfəri də bu ruh düşkünlüyünü və qorxunu dəf etmək cəhdidir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar