Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırdı

ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb”, – deyə səfirliyin məlumatında bildirilib.

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.

ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, – səfirliyin yaydığı məlumatda bu da qeyd olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar