Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tərtərdə yüksək bal toplayaraq ali məktəbə qəbul olan

Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan rayon məktəblərinin məzunları ilə karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Ulu Öndərin adını daşıyan parkda keçirilən görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Eyni zamanda ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Rayon rəhbəri vurğulamışdır ki, koronavirus pandemiyasına baxmayaraq, yeni dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın bir neçə təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olması, tövsiyələrini verməsi təhsilə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.

Rayonumuzun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Poladlı və Zolgəran kəndlərində isə 56 yerlik ümumi orta məktəbləri üçün modul tipli binaların tikintisi başa çatdırılıb. Rayonun Azad Qaraqoyunlu, İsmayılbəyli, Soyulan, şəhər 5 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi, Bəyimsarov kənd tam orta məktəbinin əsaslı təmiri Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına salınıb.

Respublika Prezidenti Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinin yeni inzibati binalarının tikintisi üçün layihə smeta sənədləri artıq hazırlanmışdır.

Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində umumtəhsil məktəblərini 597 nəfər məzun bitirmişdir. Məzunlardan 371 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 177 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan 2 nəfər 600-dən, 14 nəfər isə 500-dən yuxarı bal toplamışlar.

Görüşdə rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış edərək məzunları təbrik etdilər. Rayon üzrə ən yüksək nəticə əldə edərək 630 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, şəhər 6 saylı tam orta məktəbin məzunu Nilufər Hüseynzadə, 623 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, şəhər 1 saylı tam orta məktəbin məzunu Sabir Səfərli gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda məzunlara fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edildi, karantin rejiminin qaydalarına uyğun olaraq, sosial məsafə gözlənilməklə xatirə şəkilləri çəkildi.

pia.az

 


Etiket: Tərtər


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

loading...

Ən çox oxunanalar