Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Mnatsakanyanın cavabını verdi  

"BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi iddiaları əsassızdır".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında deyib.

Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb. 12-16 iyul tarixlərində iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd olunub. Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətindən arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən Nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar