Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri yaxınlaşarkən çevriliş üçün də çağırış səsləri eşidilməkdədir...

Demokratların zəif addımları Trampın faşizminə imkan vemək deməkdir. Ancaq buna baxmayaraq, Bayden qalib gəlsə, ABŞ Trampa rəhmət oxuyacaq və daha sərt bir faşizmə təslim olacaq...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 sentyabr 2020-ci il

3 noyabr tarixində keçiriləcək ABŞ seçkilərinə təxminən 6 həftə qalıb. Hazırda bütün dünya noyabr ayına qədər kəskin nümayişlərdən çəkinməyə çalışır. Çünki hamı ABŞ seçkilərinin nəticəsini gözləyir. ABŞ-dakı siyasi dairələr isə, əlbəttə ki, öz içlərinə çəkiliblər. Dünya siyasətində ABŞ ondan gözlənilən yüksək performansı göstərə bilmir.

ABŞ iqtisadiyyatında da müsbət yöndə inkişaf getmir. Pandemiya ilə daha da zəifləyən iqtisadi sarsıntı hələ də aradan qaldırılmayıb. FED dollar çap etmək də davam edir. Bu günlərdə ABŞ dollarına qarşı olan hücum da, xüsusilə son repo sistemindəki qırılmalara görə birbaşa olaraq dollar sistemindəki böhranla əlaqəlidir.

Nizamsız dollar çapı və bunun üzərində qurulan kredit əməliyyatları elə bir həddə çatıb ki, çap edilən pullar bu əməliyyatları ödəmək üçün kifayət etmir. Nağd pulun çatışmazlığı da dollara qarşı hücumlara yol açır. Ona görə də, ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq, bu vəziyyət noyabr ayından sonra sistemli şəkildə müzakirəyə çıxarıla bilər.

Digər diqqətçəkən məqam da 3 noyabr seçkilərinin nəticələrinin indidən müzakirə olunmasıdır. Bu isə daha qorxulu bir mənzərə yaradır. Partiyalar tez-tez seçkilərin saxtalaşdırılmasından narahat olduqlarını dilə gətirirlər. Tramp Demokratların, Bayden də Tramp tərəfdarlarının seçkilərə müdaxilə edəcəyini deyir. Nəticədə, ortaya belə bir mənzərə çıxır: Tramp uduzsa, seçki nəticəsinin seçicilərin iradəsini əks etdirmədiyini və poçtla verilən səslərin dəyişdirildiyini iddia edərək Ağ Evi tərk etməyəcək. Bəlkə də, kütləvi şəkildə silahlı tərəfdarlarını Vaşinqtona yığaraq meydan oxuyacaq. Digər tərəfdən, əgər Tramp qalib gəlsə, Bayden də bənzər iddialarla Trampın qarşısına çıxacaq.

Mübahisəli, şübhəli seçimlər hər zaman ola bilər. Bu vəziyyətdə məhkəmələrin qərarları həlledici olmalıdır. Ancaq gərginlik onu göstərir ki, tərəflər bununla çox da maraqlanmırlar. Məsələn, Demokratların belə bir ehtimal qarşısında səsləndirdikləri çağırışlar hər şeyi izah edir. Üstəlik, Trampın işğalçı kimi davrandığı bir zamanda ABŞ ordusundan dəstək gözləyirlər. Yəni açıq şəkildə çevriliş üçün çağırış edirlər.

Bu baxımdan ABŞ demokratiyasının nə qədər kövrək olduğunu deyə bilərik. Alev Alatlı ABŞ-ın demokratiya deyil, bir respublika kimi qurulduğunu vurğulamaqda olduqca haqlıdır. ABŞ-dakı demokratiya anlayışı respublikanı yaşatmaq üçün ortaya atılmış bir demokratiya kimi başa düşülməlidir. Yəni, bu sabitlik naminə məhdudlaşdıran bir demokratiyadır.

Ümumi mənada kim, ABŞ-da Respublikaçı ilə Demokratın fərqini izah edə bilər? Hər iki tərəf də nəticədə Amerika elitasının nəzarəti altındadır. Elit koalisiyaların hakim siyasətlərini ümumi mədəniyyəti çox aşağı olan ABŞ ictimaiyyətinə təsdiq etdirmək ABŞ seçkilərinin əsasını təşkil edir. Burada heç kim elitanın maraqlarına xidmət edən sistemdən asanlıqla kənara çıxa bilməz. Buna bir az meyilli olanlar də sistemdən xaric olunurlar. Berni Sandersin başına gələnlər bunun tipik sübutu deyilmi?

Sistem işlədiyi müddətdə heç bir problem olmayacaq. Bəs böhranlar sistematik ölçüyə çatdıqda nə baş verəcək? 1929-ci il böhranı Yeni Müqavilə vasitəsilə buna cavab verə bilmişdi. Ruzvelt vəziyyəti ağıllı və praqmatik bir siyasətçi kimi başa düşürdü. O, aşağıdakıların mütəşəkkil və tələbkar olması üçün bir fürsət yaratdı. Bərabərsizlik yaradan iqtisadiyyatda ictimai müdaxilələr etməyə başladı. 1930-1950-ci illər ABŞ tarixinin, bəlkə də, ən demokratik dövrü idi. 1950-ci illərdən sonra gələn Mekkarti siyasətləri bu dövrü sürətlə sona çatdırdı.

Bəs bu günki vəziyyət necədir? Demokratlar Partiyası sistematik şəkildə müzakirələr açan Sandersi ortadan qaldırıb, zəif Baydeni namizəd kimi göstərib. Beləliklə də, sistematik böhranlardan çox geridə qaldılar. Tramp məsələnin sistemlə bağlı olduğunu görür, lakin onun həll yolu olduqca faşistdir. Lakin nəzərə alaq ki, faşizm böhran dövründə çox işə yarayır. Demokratların zəif addımları Trampın faşizminə imkan vemək deməkdir. Ancaq buna baxmayaraq, Bayden qalib gəlsə, ABŞ Trampa rəhmət oxuyacaq və daha sərt bir faşizmə təslim olacaq.

Bəs ABŞ ziyalıları nə iş görür? Bunu başa düşmək çətindir. Noam Çomski, Riçard Volf və Devid Hervi kimi bəzi simaların Trampın əleyhinə olduğunu görmək heç də təəccüblü deyil. Bu şəxslər Qərbi izah edən dəyərli mətnlərə imza atıblar.

Ancaq çox təəccüblüdür ki, bu insanların dünyagörüşü olduqca kor və dayaz populizmlə doludur. Çomsky, Hervi və onlarla ziyalı Türkiyənin Əfrin hərəkatını qınayan bir bildiriş imzalamışdılar. İndi də Çomski açıq şəkildə bəyan edib ki, Tramp məğlub olsa və Ağ Evdən çəkilməsə, ordunun 82-ci Hava Diviziyası vəzifəyə hazır olmalıdır. Braziliyada Lula, Boliviyada Moralesə qarşı ABŞ-ın etdiyi çevrilişləri lənətləyən Çomski öz vətənində hərbi çevrilişin baş verməsini müdafiə edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar