Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hörmətli deputatlar, gətirin görək: nəyiniz var-nəyiniz yox

““Korrupsiyaya qarşı mübarizə komissiyası haqqında” Qanun “Varidatın qorunması haqqında” Konstitusiya Qanununa ziddir”

Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi İntizam komissiyası və parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq payız sessiyasının plenar iclasına tövsiyə edilib. İclaslardan birində layihə müzakirə olunacaq.

Qeyd edək ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir. İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapacaq.

Əsasnamə layihəsində olan bəndlərdən biri də deputatların mütəmadi olaraq maliyyə hesabatı verməsidir. Bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAl) Milli Məclisdəki təmsilçisi, deputat Erkin Qədirli açıqlam verib. Deyib ki, sözügedən layihə qəbul olunacağı təqdirdə, Milli Məclis üzvləri gəlirləri haqqında məlumat verəcəklər.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli AYNA-ya açıqlamasında, sözügedən layihə ilə yaxından tanış olmadığını bildirib: “Həmin məsələ komitələrin birgə iclasında müzakirə olunarkən toplantıda iştirak edə bilməmişəm. Tam detallı fikir deməkdə çətinlik çəkirəm. Amma əvvəl də belə idi ki, deputat aldığı hədiyyələrlə və yaxud maliyyə qaynaqları ilə bağlı məlumat verməli idi. İndi bir qədər də bu məsələ dəqiqləşir. Deputatın intizam məsuliyyətinə cəlb edilməsi halına bu məsələ də daxil edilir”.

Onun qənaətincə, deputatların maliyyə hesabatı məsələsi, əslində yenilik deyil: “Millət vəkili namizəd olan vaxt öz varidatı barədə MSK-ya məlumat verir. Namizədlərdən kim seçilirsə, onların məlumatı Milli Məclisə göndərilir. Belə bir məsələ qoyulsaydı ki, deputat maliyyə hesabatını 6 aydan, bir ildən bir verəcək, bu, yenilik sayılardı. Yoxsa ki, ümumi bir dəfə hesabat verilirsə, zatən həmin adam seçiləndə bilinirdi ki, nəyi var-nəyi yoxdur”.

“Bütün hallarda, hansısa deputatın pedoqoji fəaliyyət istisna olmaqla, digər yerdən maddi gəliri olmamalıdır. Əgər hansısa deputat sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, bunun cəzası qanunvericilikdə göstərilib. İntizam Komissiyasının hazırkı Əsasnaməsində bu bənd var idi. Yeni nə dəyişəcək, açığı məlumatım yoxdur”, - Kərimli vurğulayıb.

Partiya sədri hesab edir ki, deputatın gizli biznes fəaliyyətini üzə çıxarmaq lazımdırsa, bu məsələ araşdırılmalıdır: “Əgər, o millət vəkili hansısa yolla biznesini gizlədibsə, bundan sonra da gizlədəcək. Araşdırma olmadan bunu necə üzə çıxarmaq mümkündür? Yəqin ki, yeni dəyişiklikdə bu məsələlər əksini tapacaq. Yenə də deyirəm, tam məlumatım yoxdur. Plenar iclasda müzakirə olunacaq, o zaman daha dəqiq biləcəm”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev AYNA-ya açıqlamasında, hesabatın verilməsini yüksək qiymətləndirdiyini deyib: “Maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı 2005-ci ildə qanun qəbul edilib. Həmin qanunda da qeyd edilirdi ki, deputatlar, Hesablama Palatasının üzvləri hesabatlarını Milli Məclis tərəfindən yaradılmış quruma təqdim etməlidirlər. Amma o qurum indiyədək yaradılmamışdı. Həmin səlahiyyətlər indi Milli Məclisin İntizam Komissiyasına verilir”.

“Deputatlar ildə 1 dəfə - yanvarın 1-dən 30-dək qaydalara uyğun olaraq Komissiyaya hesabatı təqdim etməlidirlər. Orada araşdırılma aparılacaq ki, deputatın bir ildə əmlakında hansı dəyişikliklər baş verib və s. Və yaxud da, deputatın əmlakı, mal varlığı ilə bağlı şikayətləri olarsa, şikayət üzrə araşdırma aparılacaq”, - müsahibimiz bildirib.

“Bizdə bir problem var, bu da ondan ibarətdir ki, Azərbaycanda 1993-cü ilin yanvarında “Varidatın qorunması haqqında” Konstitusiya Qanunu qəbul edilib. Orada da qeyd olunur ki, hər kəs əlindəki vəsaiti müəyyən fəaliyyət üçün istifadə edə bilər. Yəni, investisiya yatıra bilər. Bu zaman həmin şəxsdən deklarasiya tələb edilə bilməz. Sözügedən qanun iki il müddətinə qəbul olunmuşdu. 1995-ci ilin iyun ayında qoyulan 2 illik müddət götürüldü. Həmin Konstitusiya qanunu bu gün də qüvvədədir”, - deyə Həsənquliyev açıqlayıb.

Deputat vurğulayıb ki, Milli Məclisdə sonradan - 2004-cü ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə komissiyası haqqında” Qanun, əslində, həmin “Varidatın qorunması haqqında” Konstitusiya Qanununa ziddir: “Bu baxımdan hesab edirəm ki, gərək həmin Konstitusiya qanunu qüvvədən salına. Ümumilikdə isə deputatların maliyyə hesabatı məsələsini normal qəbul edirəm. Komissiyanın təşkili prinsiplərinə dair mənim fərqli fikirlərim var. Hesab edirəm ki, orada müxalifət partiyalarının da təmsilçiliyi olmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar