Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...”- Vətəndaşın torpağını qəsb edən sabiq deputat kimə arxalanır?

“9 il istintaq olar? Bax bu sualın cavabını istəyirəm. Baş prokuror Kamran Əliyevin qəbuluna düşmək istəyirəm, Qalib Salahzadə imkan vermir. Baş Prokurorluğa gedirəm, hər dəfə bir söz deyib geri qaytarırlar. Ona görə də Kamran Əliyevə müraciət edirəm ki, 9 illik biabırçılığa son qoysun” - Seymur Quliyev belə deyir. Onun sözlərinə görə, Hacı Qalib Salahzadə dövlətə güc göstərir:

“Qalib Salahzadə də hər yerdə deyir ki, Bilgəhdə qanun mənəm. 9 ildir ki, istintaq gedir, bu adam gəlini, hörmətli Şeyxin qızı Xatirə Allahşükür qızının arxasında gizlənir. Mən Şeyxin qəbuluna da getmişəm, deyiblər ki, o, bu işlərə qarışmır, Seymur haqlıdır, gedib torpağına sahib çıxsın. Yəni Qalib Salahzadə özünü qorumaq üçün hər kəsin, respublikada tanınan hörmətli adamların adını çəkir, tanınmış isimlərin adlarının arxasında gizlənməyə adət edib. Bu gün arxasında gizlənməyə artıq ad tapmır. Çünki kimin adını çəkibsə, qəbulunu getmişəm, hər kəs də etdiyi qanunsuzluğun aradan qaldırılmasını tapşırıb. Hacı Qalib indi də Baş Prokurorluğun adı arxasında gizlənir. Ona görə də baş prokuror Kamran Əliyevə dönə-dönə müraciət edirəm, məni qəbul etsin. Mən Azərbaycan vətəndaşıyam. Əmlakım qəsb olunub. 9 ildir ki, istintaq gedir.

Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə

Əmlakım 9 il əvvəl deputat olan Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub. Daxili İşlər Nazirliyi əmlakımın qəsb olunması, dağıdılması, uşaqlarımın oyuncaqlarının belə dağıdılan əmlakdan oğurlanması faktlarını araşdırıb, istintaq bu ilin əvvəlində yekunlaşıb. İş materialları 7 ay əvvəl Baş Prokurorluğa göndərilib. Qalıb Baş Prokurorluğun qərar verib müəyyən etməsi ki, işi prokurorluq orqanı tam olaraq yekunlaşıdırıb məhkəməyə göndərsin, yoxsa elə Daxili İşlər Nazirliyinin istintaq orqanı bunu etsin. Qanuna görə bu qərar 24 saat ərzində verilməli idi. Bu qərar verilmir”.

Hacı Qalibin sökdüyü mülklərə görə dövlət qurumları məhkəməyə verildi

Seymur Quliyev

Seymur Quliyev deyir ki, baş verənlərlə bağlı dəfələrlə baş prokuror Kamran Əliyevin qəbuluna düşmək istəyib, lakin buna da imkan verilməyib: “Ötən həftə Baş Prokurorluğa teleqram da vurdum. Xahiş etdim ki, Kamran Əliyev məni qəbul etsin. Teleqrama cavab verilmədi. Baş Prokurorluğa zəng etdim. Orada idarə rəisinin müavini Elşən Əliyevlə danışdım. Dedim ki, işçisi Royal Xankişiyev işin həvalə edilməməsi ilə bağlı adekvat cavablar vermir, 7 aydır ki, cinayət işi həvalə olunmur. İstintaq aparılıb, amma həvalə olunmur. Dedi ki, istintaq aparılıbsa, mümkün deyil ki, həvalə qərarı verilməsin. Cavab verəcəklərini dedi. Amma yenə də cavab vermədilər”.

Seymur Quliyev deyir ki, baş verənlər haqda şəxsən baş prokurora məlumat verib tədbir görülməsini istəyir: “İnanıram ki, Kamran Əliyev baş verənlər haqda xəbər tutsa, mənə qarşı cinayətlərə son qoyulacaq”.(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Putin: “Azərbaycan deyir ki, əzəli torpağı olan 7 rayonu qaytarmaq hüququ var”

loading...

Ən çox oxunanalar