Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.
PİA.az xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri - baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyə təyin olunduqdan sonra iki müavinini və iki şöbə müdirini işdən çıxarıb. (report)
pia.az