Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin 21-ci əsr üçün hesabatı: “Ən böyük maneə Türkiyədir”...

Hesabatda Türkiyədə Qərb əleyhinə olan münasibətin Ərdoğan və AKP-nin seçiminə görə deyil, Türkiyənin öz dinamikalarına görə yarandığı müəyyənləşdirilib....

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 22 sentyabr 2020-ci il

“Dövlətlər daimi dost və düşmən olmurlar, onların yalnız maraqları var”, prinsipini nəzərə alsaq, Təl-Əviv rəhbərliyi ilə Ankara arasındakı münasibətlərin normallaşmaşı gündəmə gələrkən Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) “21. əsrdə İsrail və qonşuları üçün ən böyük maneə Türkiyədir”, başlıqlı hesabatını müzakirə etmək lazım gəlir.
Hesabatın təfərrüatlarına keçmədən əvvəl qeyd edək ki, JISS təşkilatı İsrailin Baş naziri Bünyamin Netanyahu tərəfindən İsrail dövlətinin möhkəmləndirilməsində vacib bir komponent kimi qiymətləndirilib.

Sözügedən hesabatı yazan 3 nəfərlik komanda isə önəmli şəxslərdən ibarətdir:

- Prof. Efraim İnbar: Bar Ilan Universitetindəki vəzifəsi ilə yanaşı, İsrail ordusunun da məsləhətçisidir;

- “Chatham House” üzvlərindən, Polkovnik Erman Lerman: İsrail Milli Təhlükəsizlik Şurasında sədr müavinidir;

- Dr. Eitan Kohen: “Moshe Dayan” Yaxın Şərq və Afrika üzrə Araşdırmalar Mərkəzinin kürd məsələsi üzrə mütəxəssisidir.

Hesabatın məqsədi Türkiyənin daxili və xarici siyasətindəki meylləri araşdırmaqdır. Hesabata əsasən, Türkiyənin daxili siyasəti və başda Şərqi Aralıq dənizi olmaqla, xarici siyasəti barədə addımları, İsrailin Türkiyəyə qarşı atmalı olduğu addımlar, “İsrail siyasəti üçün tövsiyələr” və “İsrail siyasəti üçün ümumi məsləhətlər”, kimi başlıqlara nəzər salmaq faydalı olar.

“Türkiyədəki dəyişiklik Ərdoğandan sonra da davam edəcək”

Hər şeydən əvvəl hesabatın adının “21-ci əsrdə İsrail (və qonşuları) üçün ən böyük təhdid Türkiyədir”, olmasını xüsusi vurğulamaq lazımdır. Hesabat “Ərdoğanın rəhbərlik etdiyi “Türkiyə bölgənin və İsrailin sabitliyini təhdid edir” ifadəsi ilə başlayır.

“Soyuq Müharibə” bitdikdən sonra, Türkiyənin xarici siyasəti daha geniş bir hərəkət sahəsinə keçdiyini deyən israilli mütəxəssislərin sözlərinə görə, ABŞ-ın son dönəmdə izlədiyi təcrid siyasəti də Ankaraya fürsətlər təqdim edir.

Hesabatda Türkiyənin İraq, Suriya, Qətər və Somalidə qurduğu hərbi bazalar və Balkanlardakı əməliyyatları regional sabitlik üçün bir təhdid kimi qiymətləndirilir. Eyni zamanda, Türkiyə ilə Liviya arasında imzalanan Təhsil Nazirliyi müqaviləsi isə Yunanıstana meydan oxumaqla yanaşı, həm də İsrail, Misir və Kiprin Aralıq dənizindəki qazı Avropaya daşımaq planına mane olur.

Hesabatın ana xətti Türkiyədəki siyasi dəyişikliklər və xarici siyasətdəki yeni istiqamətidir. Bu istiqamət belə ifadə olunur: “Ərdoğan dövrü sona çatdıqdan sonra belə bu siyasət ortadan qalxmayacaq, uzunmüddətli meyillər var”.

“Mülayim Gülən”

Məruzənin girişi hissəsindəki ən diqqət çəkən təsbit Türkiyənin NATO-da iştirak etməsinə baxmayaraq, Qərbdən uzaqlaşmasıdır. Hesabatda 2003-cü ildə baş verən İraq böhranı və türk-rus yaxınlaşması da başda olmaqla, müxtəlif nümunələr verilərək Türkiyənin Atlantik İttifaqından uzaqlaşması detallı olaraq qiymətləndirilir.

Daxili siyasətlə bağlı bölmələrdə AKP və atatürkçü dairələr arasındakı çəkişmələrdən bəhs edən hesabat AKP-ni “Müsəlman Qardaşlar”ın Türkiyədəki versiyası olaraq xarakterizə edir. AKP-nin Həmasla olan əlaqəsi də bu çərçivədə qiymətləndirilir.
İsrailli mütəxəssislərin Türkiyənin daxili siyasətinə toxunarkən istifadə etdiyi diqqətçəkici bu ifadələr var:

“Hökümət rəqib olaraq gördüyü Fətullah Gülənin mülayim hərəkatına zülm etdi”.

“Ərdoğan və AKP-nin zəif nöqtəsi iqtisadiyyatdır...”

“Rejim getdikcə daha çox avtoritar hala gəlir”.

Yerli seçkilərdəki məğlubiyyət və AKP-dən istefalar barədə isə: “Bu proseslər AKP hegemoniyasının dəyişdirilə bilər”, deyilir.

Digər bit diqqət çəkən ifadə isə “Türk seçicilərin öncəliyi iqtisadiyyat olacaq”, şəklindədir.

Xatırladaq ki, hesabatın qalan hissəsində də FETO-nun mülayim bir hərəkat olduğu və İsrail üçün potensial müttəfiq ola biləcəyi qeyd edilir.

“İncirlik bazasındakı nüvə silahları daşınacaq”

Türk xarici siyasətindən bəhs edilərkən hesabatda 2003-cü ildə İraqa girən ABŞ əsgərlərinə öz ərazisindən tranzit verilməsinin rədd edilməsinə vurğu qoyaraq Türkiyənin Qərbdən uzaqlaşmağa başladığı qeyd edilıir. Məruzədə bu qırılmanın sürətlə davam etdiyi və “İncirlik” bazası mövcud olsa da, oradakı termonüvə silahlarının yaxın zamanda “bərpa üçün” daşınacağı iddia edilir.

“İncirlik” bazasındakı termonüvə silahların daşınmasının ABŞ-Türkiyə münasibətlərində dərin bir qırılmaya səbəb olacağı da vurğulanır. Həm İraqda, həm də Suriyada ABŞ-ın müttəfiqinin Türkiyə deyil, PYD olduğunu qeyd edən bu hesabatda ABŞ-ın Türkiyəyə etibar etmədiyi açıq şəkildə bildirilib.

Məruzədə Türkiyənin xarici siyasətdəki əsas nöqtəsinin Şərqi Aralıq dənizi olduğu qeyd olunur və Türkiyənin Liviya ilə bağladığı müqavilənin İsrailin maraqlarına zidd olduğu deyilir. Bu müqaviləyə görə İsrail qazının Avropaya daşınmasının çətin olacağı bildirilir.

Hesabatda önə sürülən bir digər maraqlı təsbit isə ABŞ-da Türkiyə ilə bağlı 2 fərqli xəttin olmasıdır: “Türkiyədəki hakimiyyət tərəfdarları və Konqreslə (parlamemtdə Türkiyəyə mənfi münasibət yüksəlir) yanaşı, Trampın ətrafındakı İsrail, Misir və BƏƏ-yə yaxın olan şəxslər arasında da Türkiyəyə münasibətdə ziddiyyətlər var”.

İsrail mütəxəssisləri Şərqi Aralıq dənizi məsələsində ABŞ-ın Türkiyəyə qarşı daha sərt bir mövqedən çıxış etməli olduğunu və bölgədəki müharibə riskinin artdığını ifadə ediblər.

İsrail nə etməlidir?

İsrail hökümətinə verilən məsləhətlər hissəsində isə bu günə qədər Türkiyənin İsrailə qarşı praqmatik şəkildə yanaşdığı ifadə edilirkən, İsrail hökumətinin də eyni dərəcədə praqmatik davranması və Türkiyəni aktiv düşmənə çevirməyən siyasətlər aparması tövsiyə olunub. Bunu edərkən də Türkiyənin mövcud lideri və türk cəmiyyəti arasındakı fərqin kəskin şəkildə diqqqətə alınması vurğulanır.

Qeyd edək ki, Fransa prezidenti Makron da bu məruzədəki ifadələrə bənzər şəkildə prezident Ərdoğanı pisləyərkən türk millətinə müsbət mesajlar verməyə çalışırdı.

Hesabatdakı başqa bir maraqlı məqam isə Türkiyədəki sekulyar dairələrlə FETO-çuların İsraillə münasibətlərin yaxşılaşdırılmasını istəməsi idi. FETÖ məsələsi başadüşüləndir, lakin burada “sekulyar dairələr” dedikdə hansı qrupun və ya şəxslərin nəzərdə tutulduğu sirr olaraq qalır. Ümumi mənada bu hesabatla türk ictimaiyyətinə İsrailin Türkiyəyə qarşı heç bir düşmənçiliyi olmadığını bildirməyə çalışırlar.

“Ərdoğanın zəif yeri iqtisadiyyatdır”

Məruzədə İsrailin Türkiyəni məhdudlaşdırmaq üçün hansı vasitələrdən istifadə etdiyi də qeyd olunur. Bu vasitələrin arasında iqtisadiyyat birinci yerdədir.

İsrail mütəxəssisləri iqtisadiyyatı “Ərdoğanın zəif yeri” kimi xarakterizə edirlər. Xüsusilə də, COVİD-dən sonra Türkiyə iqtisadiyyatındakı göstəricidirlərin zəiflədiyini detallı şəkildə izah ediblər. Məruzə müəllifləri, həmçinin, ABŞ-dakı lobbiçilik fəaliyyətləri ilə Tramp adminstrasiyanın Türkiyəyə qarşı daha sərt addımlar atmağa yönələcəyini bildirir və bunun üçün çağırışlar edirlər.

İsrailin Şərqi Aralıq dənizində, xüsusən də Yaxın Şərqdəki mövqeyi onu göstərir ki, hesabatdakı tövsiyələr çoxdan tətbiq olunmağa başlayıb. Hesabata görə, İsrail həm Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Fransa ilə birlikdə Türkiyəyə qarşı hərəkət edə bilər, həm də Rumıniya, Bolqarıstan, Serbiya və Kosovadan da Türkiyənin Balkanlardakı nüfuzunu zədələmək üçün istifadə edə bilər.

Məruzədə iddia olunan başqa bir məsələ də budur ki, Rusiya Türkiyənin rus torpaqlarında yaşayan müsəlman azlıqlarla bağlı fəaliyyətlərindən narahatdır. Bu narahatlığa görə də Moskvanın Türkiyə əleyhinə bir mövqedən çıxış edəcəyi bildirilir.

Məruzədə bir tərəfdən İsrail hökumətinə ölkənin kəşfiyyat və hərbi quruluşlarını Türkiyəyə qarşı formalaşdırmaq barədə çağırış edilir, digər tərəfdən isə türk donanmasına qarşı tədbir alınmalı olduğunu vurğulanır.

“Türkiyədəki yenilik daimidir”

İsraildə dövlətə yaxın olan simaların qələmə aldığı bu hesabatı bir bütün olaraq qiymətləndirsək görərik ki, hesabatın başlığında qeyd edildiyi kimi İsrail bölgədəki mənfəətləri baxımdan Türkiyəni maneə kimi görür. Yəni bu istiqamətdə siyasi, hərbi və iqtisadi vasitələrdən lazım gəlsə, təkcə hökuməti deyil, bütünlükdə Türkiyəni hədəf almaq üçün istifadə ediləcək.

Məruzədəki əsas fikir isə Türkiyədəki hökumət dəyişsə belə, ölkənin yenə də Qərbdən uzaqlaşması ilə bağlıdır. Bu hesabatın təfərrüatları açıqlandıqda mütləq ki, “sadəcə olaraq bir düşüncə mərkəzinin hesabatıdır və İsrail hökumətinin siyasətini əks etdirmir”, deyənlər oldu. Belə düşünənlərin İsrailin Suriyanın şimalından və Liviyaya qədər atdığı addımları izləmələrini və MOSSAD rəhbəri Yossi Kohenin “İsrail üçün Türkiyə İrandan daha böyük bir təhdiddir”, sözünü unutmamalarını məsləhət görürəm.

Bu vəziyyət hər zaman açıq şəkildə görünürdü. Lakin bu dəfəki yenilik odur ki, Türkiyənin Qərb əleyhinə olan münasibətinin Ərdoğan və AKP-nin seçimlərinə görə deyil, Türkiyənin öz dinamikalarına görə yarandığı müəyyənləşdirilib.

Ümid edək ki, həm hökumətdən, həm də müxalifətdən Türkiyəni hədəf alan bu cür məruzələrə qarşı bir reaksiya gələr. Bir daha qeyd edək ki, Türkiyənin İsraillə yaxınlaşması yenidən NATO-nun “qəfəsinə” girməsi mənasına gəlir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar