Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin koronavirusun kökünü kəsib? - “Ola bilməz!”

Çində yaşamaq üçün icazə sənədi və vizası olan xarici ölkə vətəndaşlarının ölkəyə girişi ilə bağlı tətbiq olunan qadağa ləğv edilib. Xarici İşlər Nazirliyi və Milli İmmiqrasiya İdarəsinin yaydığı məlumata görə, sözügedən şəxslər 28 sentyabrdan etibarən ölkəyə geri qayıda biləcəklər. Lakin bu zaman onlar qaydalara əsasən, iki həftə karantin altında qalacaqlar.

Bildirək ki, Çində bu günədək 85 min 314 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 80 min 513 nəfər sağalıb, 4 min 634 nəfər isə həyatını itirib. Hazırda 167 aktiv virus daşıyıcısı var ki, onlardan 7 nəfər virusa son sutka ərzində yoluxub. 

Maraqlıdır, hazırda dünyada 7 milyondan çox insan aktiv virus daşıyıcısı olduğu halda Çin kimi əhalisinin sayı 1 milyardan çox olan ölkədə virusun yox olmağı nə dərəcədə həqiqətə uyğundur?

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Çinin ümumi statistik göstəriciləri heç vaxt tam güvən yaratmır:

“Çünki kifayət qədər qapalı ölkədir. Buna görə də alternativ hansısa rəqəmsal məlumatın əldə edilmə imkanı məhduddur. Həmçinin məlumatların sızmasının qarşısını almaq üçün çox sərt idarəetmə rejiminə malikdir”. 

Mütəxəssis vurğulayıb ki, Çinin virusla bağlı pozitiv bəyanatları olmasa, ölkə dünya iqtisadiyyatında oynadığı rolu sonacan davam etdirə bilməz:

“Çin də çox gözəl anlayır ki, iqtisadiyyatı ixracdan asılıdır. Əgər virusla bağlı bəyanatları pozitiv olmasa, ixracat potensialı zəifləyəcək, bu da daxildə daha çox sosial problemlərin yaşanmasına səbəb olacaq. Çünki son 40 ildə dünyanın zavod və fabrikləri böyük ölçüdə Çində cəmləşmişdi və Çinin iqtisadi yüksəlişinin əsasını ixracata yönəlik iqtisadi model təşkil edirdi. Yəni dünya istehlak etməsə, Çinin istehsal etməsinin heç bir mənası qalmır. Ona görə də orada baş verən hadisələrə spesifik yanaşmaq lazımdır, verilən məlumatların, rəqəmlərin doğruluğu o qədər də inandırıcı deyil”. 

Hmsöhbətimizin sözlərinə görə, Çinin bu bəyanatları daha çox siyasi xarakter daşıyır:

“Çünki ola bilməz ki, eyni yayılma qabiliyyətinə malik olan virus bir ölkədə bir cür, digər ölkədə isə tam başqa cür yayılsın. “Demokratiyanın yan təsirləri” adlı məşhur bir məqalə var, orada bildirilir ki, demokratik cəmiyyətlərdə məlumatları gizlətmək mümkün olmur. Çində də buna bənzər bir effektdir. Qapalı olduğuna görə məlumatların hansı mənbələrdən, necə alınmağı suallar doğurur, yəni yan təsirlər ortaya çıxır. Ola bilməz ki, az qala 1,5 milyard əhalisi olan ölkədə virusun kökü kəsilsin. Necə olur ki, Vuhanda başlayan virus bir neçə aya bütün dünyanı cənginə alır, ancaq Pekin, Şanxay kimi milyonlarla əhalisi olan şəhərlərdə yayılmır? Bu məntiqə uyğun gəlmir. Qonşusu Hindistanda statistik məlumatlar daha ciddi aparıldığına görə artıq virusun dünyada ən çox yayıldığı ölkələrdən birinə çevrilib. Ona görə də Çinin açıqladığı məlumatların inandırıcılığı çox aşağı səviyyədədir. Virusun yayılma sürəti və metodologiyası onu göstərir ki, virus bitdi sözünü deməyin özü özlüyündə absurddur. Əgər bir nəfərdə aşkarlanan virus cəmi 7-8 ayda dünyada 30 milyondan çox insana yayılıbsa, dünyanın 180 ölkəsində görülübsə, bunun yayılma sürətini təsəvvür etmək çətin deyil. Bir şəhərdə bir nəfərdə virus qalıbsa, həndəsi silsilə ilə 2-3 aya 100 minlərlə adamı yoluxdura bilər”.

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar