Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İşğalçı Ermənistan ordusu bu torpaqlarımızdan çıxır? – Erməni mətbuaatı yazır...

Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya nazirləri ErmənistanAzərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni “Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

“Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - Müsahibə

loading...

Ən çox oxunanalar