Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmkanlı adamların qarajlarında saxladığı bu maşınlar da yığıla bilər - Foto

Son iki gündə sosial şəbəkələrdə mülki vətəndaşların "pick-up" ban növlü avtomobillərinin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb.

PİA.az milli.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, müharibə dövründə mülki şəxslərin yolsuzluq şəraitinə uyğun istənilən model avtomobili onlardan alına bilər: "Qanunvericilikdə bu barədə ətraflı yazılıb. Sadəcə olaraq orada heç vaxt avtomobillərin modeli göstərilməyib ki, hansı model avtomobillər saxlanılıb gətirilməlidir, onlar döyüşə cəlb olunmalıdır, döyüş bölgələrində istifadə edilməlidir. Ümumilikdə yazılır ki, yüksək keçid qabiliyyətinə malik, yolsuzluq şəraitinə uyğun olan avtomobillərdən istifadə edilməlidir.

"Hummer" özü ilk dəfə məhz hərbi təyinatlı avtomobil istehsalına başlayıb. O avtomobillər hamısı hərbi məqsədlər üçün istehsal olunub, istifadə olunub və sonradan dizaynda bir az dəyişiklik edilib, onu mülki şəxslərin də əldə edə biləcəyi bir avtomobilə çeviriblər.

"Mercedes"in istehsal etdiyi AMG modelləri müəyyən qədər yolsuzluq şəraitinə tab gətirir. Amma bu gün hələ heç kimin maşınını döyüşə aparmırlar. Bu, sadəcə qeydiyyata alınan nəqliyyat vasitələridir. Ola bilsin ki, haradasa qaydalarda müəyyən bir boşluq olub, vaxtında bunu qeydiyyata almayıblar və bu gün qəflətən belə bir məsələ çıxır ortalığa. Ola bilsin ki, aidiyyatı qurum başqa bir aidiyyatı quruma müraciət edir ki, mənə məlumat verin görək bizim hərbi təyinatlı nə qədər nəqliyyat vasitəmiz var, döyüş bölgəsində lazım olsa bizə neçə nəqliyyat vaitəsi kömək edə bilər. Və birdən-birə məlum olur ki, bunun "uçot"u yoxdur, indiyə qədər olmayıb. Ona görə də qeydiyyatın aparılması üçün bu avtomobillər saxlanılır, duracağa qoyulur ki, orada texniki parametrlər yoxlanılsın - əlverişlidir, yoxsa yox. Köhnə sınıq-salxaq maşını kimdir döyüşə aparan?! Sadəcə qeydiyyata alıb, sonradan onu yenə də vətəndaşa qaytarırlar.

Mən yol polisləri ilə sıx əməkdaşlıq şəraitindəyəm deyə bu işin maraqlı tərəflərini də görürəm, yaxşı cəhəti odur ki, insanlar var özü gəliblər Azneft meydanında, digər yerlərdə yol polisi əməkdaşlarına yaxınlaşıb açarı təqdim edirlər ki, "Maşın sizə qurbandır. Hara deyirsiniz sürüb aparın. Qaytaranda da zəng edib yerini deyərsiniz gedib götürərik". Bu cür insanlar da var, qeyrətli oğlanlarımız var.

İki gün qabaq bir nəfər gəlib cərimə meydançalarından birinin qarşısında dayanıb ki, "Maşında bir kisə pul var. Mənim maşınım "pick-up" deyil, haradan deyirsiniz gedək alım verim orduya". Orada biri gəlib səs-küy salıb ki, "Mənim çörək maşınımdır". Çağırıb ki, "Qardaş, maşınının pulu nə qədərdir mən verirəm. Maşına dəymə, qoy qalsın burada. Bu maşını ver dövlətə".

Belə nümunələri də danışmaq lazımdır, bunları da üzə çıxarmaq lazımdır ki, halal olsun, həqiqətən belə insanlarımız var. Gətirib öz maşınını könüllü şəkildə verir. Tək-tük adamlar ola bilər ki, qaça, yayına. Belələri bütün dövrlərdə olub. Amma nəzərə almaq lazımdır ki, bu maşınlar döyüş bölgəsinə aparılsa, o zaman dövlət bunun pulunu ödəyəcək. Burada qorxulu bir şey yoxdur.

Dövlətin əslində bu gün avtomobil parkı yaratmaq imkanı var. Amma döyüş getmirsə bu maşınları alıb qarajda çürütməyin nə mənası var? Ona görə dövlət siyasəti belə qurur. Bütün dövlətlərdə bu proses var: Mən bu maşınlara pul xərcləmirəm, almıram. Nə zaman döyüş olacaqsa, o maşınlar nə vaxt mənə lazım olacaqsa onu camaatdan pulunu verib alacam. Biri var əvvəldən alım qoyum 15-20 il, deyək ki, 1994-cü ildən atəşkəs elan olunub, 1994-dən də Müdafiə Nazirliyi "pick-up"ları alıb yığıb qaraja. Çürüməz o maşın orada? Amma onu almağa dövlətimizin gücü də, hərbi büdcəsi də çatır. Sadəcə almır, bunu başqa yerlərə yönləndirir və bugünkü gündə də ehtiyac olanda vətəndaşlara deyir ki, bu maşınlar bizə ordu üçün lazımdır. Gətirib qiymətləndirir, pulunu da verəcəklər. Heç kim bundan narahat olmasın. Yığılan o maşınların hamısı burada cərimə meydançasında qalır. Qeydiyyat prosesi başa çatan kimi yenə qaytarıb özlərinə verəcəklər. Döyüş bölgəsinə aparanda da pulunu ödəyəcəklər.

Səfərbərlik elan olunarsa "pick-up"lar kimi "Galendevagen" və "Hummer"lərin də qeydiyyata alınaraq orduda istifadə üçün cəlb olunması gözlənilir, mümkündür. Çünki hərbi təyinatlı nəqliyyat vasitələri deyəndə bununla bağlı hələlik ortalıqda bir xüsusi siyahı yoxdur. Ola bilər ki, sovet dövründə hansısa bir siyahı olub, amma "Galendevagen" sovet dövründə olmayıb. Olsa da köhnə model olub, o gündən bu günə kimi nə qədər modellər çıxıb. Lazımdır ki, bununla bağlı Səfərbərlik Xidməti Nazirlər Kabineti ilə bərabər hansısa bir qərar qəbul edə ki, hansı tipli nəqliyyat vasitələri buna uyğun gəlir. Yolsuzluq şəraitinə uyğun gələn "Jeep"in müxtəlif modelləri var ki, məsələn, "Wrangler" modeli dağ-dərə maşınıdır. Bu dəqiqə də imkanlı adamların hamısı ov məqsədi ilə alıb qarajında saxlayır. Bəlkə onları da lazım olanda cəlb edəcəklər".

pia.az


Etiket: avtomobil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar