Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çap medianın problemlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib. "Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!" devizi ilə onlayn keçirilən konfransa dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndə qatılıb. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvü və Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli konfransda iştirak edib.

PİA.az xəbər verir ki, Müşfiq Ələsgərli bildirib ki, konfransda ənənəvi medianın problemləri sadalanıb, çıxış yolları üçün təkliflər səsləndirilib. Qeyd edilib ki, COVID-19 pandemiyasının şərtləri altında reklam gəlirlərinin kəskin azalması, maliyyə problemlərinin artmas ənənəvi medinı çıxılmaz duruma salıb. Qlobal səviyyədə ənənəvi media qurumlarının təqribən 25%-i bağlanmaq məcburiyyətində qalıb, hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Pandemiya dövründə "saxta xəbərlərin qarşısını almaq", sosial şəbəkələrin fəaliyyətini tənzimləmək adı altında KİV haqqında qanunlara əlavələr edilib ki, bunların əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daraldılır...

Yaranmış durum digər peşəkar media qurumlarına nisbətən çap medianın (gündəlik qəzet və jurnal sektoru) durumuna daha kəskin şəkildə təsir edib, çap medianın həm də yayım problemi ortaya çıxıb, insanların "evə kilidlənməsi" qəzet yayımını minimuma endirib, oxucu sayını azaldıb.

Amma bütün bunlar mövcud problemlərin yalnız bir qismidir. Peşəkar medianın əsas problemi pandemiyadan daha öncə, təqribən 20 il əvvəldən başlayıb. Pandemiya peşəkar medianın son 20 il müddətində üzləşdiyi narahatedici tendensiyaları, sadəcə olaraq, daha da sürətləndirib. Peşəkar medianın, xüsusilə çap medianın əsas problemi onun resurslarının rəqəmsal media tərəfindən ələ keçirməsiylə bağlıdır. Ortada "haqsız, ədalətsiz rəqabət" mühiti yaranıb ki, qarşısı alınmasa, peşəkar media qurumlarının sıradan çıxarılması davam edəcək, "ələbaxan KİV-lər" meydan sulayacaq, "xəbər məkanını öz keyfiyyətsiz məhsulları ilə dolduran" sosial medianın imkanları genişlənəcək.
Sadalanan problemlərin aradan qaldırılması, peşəkar medianın müdafiə olunması üçün "Keyfiyyət Jurnalistika uğrunda Qlobal Platforma" rəsmən təqdim edilib və fəaliyyət istiqamətləri açıqlanıb. Platforma adından elan edilib ki, artıq sosial şəbəkələrlə, məxsusi olaraq informasiya texnologiyaları nəhəngləri ilə münasibətlərin aydınlaşdırılmasının zamanı çatıb: "GAFAM-a (Google, Apple, Facebook, Amazon, Microsoft) daxil olan şirkətlər (informasiya texnologiyaları nəhəngləri) özlərinin ümumilikdə 900 milyard dollar dəyərində olan gəlirlərini media auditoriyası üzərində əldə ediblər. Təkcə Google bir il müddətində-2018-ci ildə xəbərlərin dövriyyəsindən 4.7 milyard dollar qazanıb, amma bunun heç 1%-ni də həmin xəbərlərləri istehsal edən media qurumları ilə, jurnalistlərlə paylaşmayıb. GAFAM üzvləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Konfrans adından dünya dövlətlərinə və beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edilib: "GAFAM şirkətlərinin 900 milyard dollar dəyərində olan gəlirləri üzərinə 6% səviyyəsində vergi tətbiq edilsin. Əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltməklə, jurnalistikaya 54 milyard dollar qazandımaq mümkündür ki, bu da peşəkar medianın xilası üçün mühüm mənbədir".

pia.az


Etiket: media konfrans


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar