Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhbuslarımız Jan Valjanın taleyini yaşayacaqlarmı – Dövlət yaxşı adam rolunda

Keçmiş məhkumların iş tapa bilmədikləri üçün yenidən həbsxanaya düşmələrini kimsə istəməz

Viktor Hüqonun “Səfillər” romanında, ailəsini aclıqdan qurtarmaq üçün bir mağazadan çörək oğurlayan Jan Valjan adlı bir işsiz gəncdən bəhs edilir. Jan Valjan tutulur və katorqaya göndərilir. Sərbəst buraxıldıqdan sonra uzun müddət iş tapa bilmir və yalnız xeyirxah insanlarla görüş onu başqa bir cinayət törətməkdən qurtarır...

13 avqust 2020-ci ildə, Ədliyyə Nazirliyində, bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə əlaqədar 1000-ə yaxın işə baxıldı. Nəticədə 100 məhkum cəzadan tamamilə azad edildi. 211 məhkumun cəza müddətləri azaldıldı və ya daha yüngül cəza növləri ilə əvəz edildi.

SSRİ-nin mövcud olduğu dövrdə dövlət keçmiş məhkumların işlə təmin olunmasına cavabdeh idi. Keçmiş məhkumlar azadlığa çıxdıqdan sonra gündəlik çörəkləri barədə düşünmək məcburiyyətində deyildilər.

Bəs, bu gün keçmiş məhkumların işlə təmin olunması məsələsi necə həll olunur? AYNA suala aydınlıq gətirməyə çalışıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov deyib ki, onun təmsil etdiyi qurum keçmiş məhkumların işlə təmin olunması ilə məşğul olmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının bildirdiyinə görə isə, həbsxanadan çıxan şəxslər yerli məşğulluq idarələri tərəfindən kvotaya uyğun olaraq, işlə təmin olunurlar: “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluq proqramlarında iştirakı üçün də şərait yaradılır”.

Gözdən Əlillər Cəmiyyətinin sədri müavini Reyhan Cəfərova qeyd edib ki, hazırda kvotaya uyğun olaraq, kiminsə iş tapması çox çətindir. O, öz fəaliyyətində bunu dəfələrlə şahidi olub: “Çünki müəssisələr dövlət tərəfindən verilən kvotaya sadəcə əməl etmir”.

Xatırladaq ki, 6 aprel 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev 65 yaşdan yuxarı bəzi məhkumları cəzalarının qalan hissəsini çəkməkdən azad etdi. Bunlardan biri də Balakən rayon sakini Yusif Ukalayevdir.

O, söhbətində deyib ki, həbsdən çıxdığı artıq beşinci ay olsa da, indiyədək iş tapa bilməyib: “Həqiqətən, bir işə ehtiyacım var. Ailəmiz altı nəfərdən ibarətdir. Və yalnız gəlinim işləyir. Mənə iş tapmaqda kömək edin”.

Keçmiş məhbusların iş tapa bilmədikləri üçün yenidən həbsxanaya düşmələrini istəməzdik. Dövlət bu problemi həll etməlidir ki, keçmiş məhbuslar Jan Valjanın taleyini təkrarlamasınlar. Axı, heç kim Valjandan fərqli olaraq, bizim məhbusların bir parça çörək qazanmasına kömək edəcək yaxşı insanlarla qarşılaşacaqlarına zəmanət vermir. Belə yaxşı insanların rolunu dövlət oynamalıdır.

pia.az


Etiket: məhbuslar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar