Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toylara hansı şərtlərlə icazə veriləcək?

Oktyabr ayından toylar bərpa oluna bilər. Bu barədə bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda məlumat yayılır. Qeyd edilir ki, Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Məlumata görə, artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib. Bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, bir çox ölkələrdə xüsusi qaydalarla toyların keçirilməsinə icazə verilib. Belə ki, Türkiyədə şərtlərə görə, mərasim zamanı bir neçə nəfərin toplanaraq ailə fotosu çəkdirməsinə icazə verilməyəcək. Cütlüklər də daxil olmaqla, hər kəs maska taxacaq. Bundan başqa, mərasim keçirilən zaman masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Şənliklərdə iştirak edənlərin sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.

Britaniyada isə toylara qatılan insan sayı 30-dan 15-ə endirilib, 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmir.

Azərbaycanda toylarla bağlı yayılan məlumatlara gedincə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, toylara icazə verilməsi ilə bağlı onda hər hansı məlumat yoxdur.

Əgər belə bir durum olarsa, hansı şərtlər , karantin qaydaları təmin olunmalıdır?

Bu sualı cavablandıran tibb elmləri doktoru Adil Qeybulla dedi ki, toylarla bağlı hələlik dəqiq bir məlumat yoxdur: “Hər halda məktəblər açıldı və məktəblərlə bağlı müəyyən təlimatlar verilsə də, yoluxmalar var. Təlimatlar olsa da, müəllimlər təəssüflər ki, qaydaları pozurlar. Müəllimlər otağında maskasız oturmaq, toplaşmaq, qapalı yerdə uzun müddət qalmaq, sinif otaqlarının havasının tənzimlənməməsi, ən çox toxunulan səthlərin, parta və qapı dəstəklərinin dezinfeksiya edilməməsi buna gətirib çıxarır”.

A.Qeybulla vurğuladı ki, əgər qaydalara əməl olunsa yoluxma olmaz: “Toylarda da həmçinin, qaydalara əməl olunmalıdır. Şadlıq saraylarının fəaliyyəti ilə bağlı havalandırma sistemi ilə bağlı, toyda iştirak edən şəxslərin sayı, onların oturma sıxlığı ilə bağlı bəlli qaydalar olmalıdır. Şadlıq sarayının zallarının ölçülərindən asılı olaraq orada iştirakçı sayı müəyyənləşdirilməlidir. Konkret limit qoyulmalıdır ki, hansı zalda neçə nəfərdən artıq adam ola bilməz. Bütün bu şərtlər daxilində biz toyları keçirə bilərik”.

Qeyd edək ki, toylara icazə verilməsi həm də iqtisadiyyatın canlandırılması baxımından faydalı ola bilər. Çünki toy sektoru həm də özündə bir çox sahələri birləşdirir ki, bu elektronika, mebel, geyim və tekstil məhsullarının satışından tutmuş, musiqiçilər, gözəllik salonları, gəlinlik və avtomobil kirayələrinə qədər bir çox xidmət sahələrini özündə birləşdirir. Toyların dayanması bazarda aktivliyi xeyli azaltmaqla yanaşı, bu sektorda çalışan yüzminlərlə insanın işsiz qalması ilə də nəticələnib. Lakin pandemiyanın ikinci dalğası ilə bağlı ehtimallar, yoluxma hallarının artması riski hökuməti də bu istiqamətdə qərar qəbul edərkən ciddi düşünməyə vadar edir. Bununla belə, aldığımız məlumata görə, şadlıq sarayları artıq Məhərrəmlik dövründən sonra keçiriləcək toylarla bağlı sifarişlərin qəbuluna başlayıblar və hətta bir çox restoranlarda ilin sonuna qədər əksər uyğun günlər dolub. Görünür, ya bu sektorda hər hansı informasiya var, ya da pandemiyanın səngiyəcəyinə ümid edərək bu addımı atırlar. (Musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar