Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanda iqtisadı böhran- Bir ildə un 50 faiz, yağ 130 faiz bahalanıb, işsizlik sürətlə artır

Türkmənistan hökumətinin COVID-19 pandemiyasının iqtisadi fəsadlarına reaksiya verməməsi ölkədə daha öncədən mövcud olmuş ərzaq böhranını dramatik şəkildə pisləşdirib. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı və İnsan Haqları üzrə Türkmənistan Təşəbbüsü (İHTT) bildirib.

PİA.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, 2016-cı ildən bu Orta Asiya ölkəsində qiymətlər bahalanır, subsidiyalı ərzaq qıtlığı yaşanır.

Dünyada ən repressiv rejimlərdən sayılan Türkmənistan ölkədə yoxsulluğun olmadığını deyir, iqtisadi baxımdan zəif qruplara heç bir yardım göstərmir. Pandemiya dövründə ölkədə işsizlik də kəskin artıb, sentyabrın 23-də yayılmış hesabatda vurğulanır.

“Türkmənistan: İnkar, Hərəkətsizlik Ərzaq Böhranını pisləşdirir” adlı hesabatda deyilir ki, əhalisinə iqtisadi və sosial yardım strategiyasının olmadığı bir mühitdə hökumət adekvat yaşam standartı və ərzaq hüququ kimi beynəlxalq öhdəliklərini də yerinə yetirmir.

“Bu kritik məqamda ehtiyacı olanları müəyyənləşdirib kömək etməyən Türkmənistan təməl insan haqları normalarını gözardı edir, ərzaq hüququ da bu sıraya daxildir”, – HRW-nın Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber deyib.

Hesabatda sıravi adamlar ərzaq qıtlığı, qiymətlərin bahalanması, yoxsulluq ilə mübarizələrini təsvir edirlər. “Bir il öncəyə baxanda ailəmiz daha az yeyir. Çünki pulumuz azalıb, qiymətlər qalxıb. Növbələr və qıtlığa görə ərzaq əldə etməyimizdə problemlər var”, – səkkiz uşaq atası olan bir türkmən deyib.

Bir tələbə 2019-cu ilin noyabrında HRW-ya danışıb ki, qazanclarının 70-80 faizi ərzağa gedir. Bir təqaüdçü ailəsinin bütün qazancını ərzağa xərclədiyini söyləyib. Hökumətin yeganə yardım proqramı dövlət mağazalarında subsidiyalı ərzaq satmağı nəzərdə tutur. Özəl mağazalar isə ərzağı bazar qiymətinə satır.

Amma 2015-2016-cı illərdə təchizat azalmağa başladı, çünki neftin ucuzlaşması ölkənin büdcəsinə zərbə vururdu. 2014-cü ildən enerji ixracından gəlirin azalması ölkədə ərzaq qıtlığı yaradıb.

Ancaq dövlət mediası ərzaq qıtlığından yazmır. Əksinə, yaşam standartlarını daha yaxşı təqdim etməyə çalışır, ölkənin “əzəmət və xoşbəxtlik dövründə” olduğunu iddia edir, tez-tez dolu, səliqə-sahmanlı mağazaları göstərir.

Türkmənistanın yerli ərzaq istehsalı daxili tələbatın 40 faizini ödəyir. Qalanı idxal olunur və idxal olunan ərzağın 80 faizi qonşu İrandan gəlir.Bu ilin əvvəlində İranla sərhəd bağlandığından nisbətən ucuz ərzaq təchizatı da azalıb. Hesabatda deyilir ki, İrandan idxal olunan kartof tamamilə yoxa çıxıb. Son 12 ayda unun bazar qiyməti 50 faiz, yağ 130 faiz bahalanıb.

Üstəlik, bir çox türkmənistanlı işsiz qalıb və ölkəyə pul köçürmələri də azalıb. Covid-19 ucbatından səyahət qadağaları adamların xaricə iş dalınca getməsini əngəllyib.

Hesabatda hökumət əhalinin adekvat ərzaq əldə etməsini təmin etmək üçün dərhal tədbirlər görməyə çağrılır. Hökumət əhalinin ərzaq təhlükəsizliyi üçün dövlət mağazalarından başqa yollar axtarmalıdır, qurumlar vurğulayırlar. Mümkün variantlar sırasında ərzaq vauçeri proqramları, gəliri yaşayış minimumundan az ailələrə nağd pul transferləri sadalanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar