Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın son təxribatlarının arxasında nə dayanır? – Məxfi plan

İkinci erməni köçü...

Suriya və Livandan olan ermənilərin, Qarabağ bölgəsinə köçürülməsi, PKK-nın xüsusi qüvvələrinin ərazidə yerləşdirilməsi və cəbhədə baş verən son hadisələr regionun ən önəmli gündəmi olaraq qalmaqdadır. Ortaya çıxan bəzi məlumatlar ermənilərin uzun müddətdir belə bir provakasiyaya hazırlaşdığı niyyətindən xəbər verir.

İraqın “Almuraqeb Aliraqi” qəzetində sentyabrın 9-da Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə Suriya və Livandan olan qaçqınları yerləşdirməsinə dair dərc olunan məqalədə mühüm məqamların üzərinə işıq salınıb.

Yazıda qeyd edilir ki, Suriyadakı vətəndaş müharibəsindən qaçan minlərlə erməninin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ərazilərində məskunlaşdırılmasının iki ölkə arasında iyirmi ildən artıq davam edən böhranın yenidən alovlanmasına rəvac verəcəyi istisna olunmur.

Qeyd edilir ki, Azərbaycanın keçmiş Xarici İşlər Naziri Elmar Məmmmədyarov Suriya ermənilərinin bölgədə yerləşməsinin Cenevrə Konvensiyasının ciddi pozulması olduğunu bildirib, Ermənistanın hazırda Suriyadan olan ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirilməsi siyasətinin qəbuledilməz olduğunu vurğulayıb.

Eyni zamanda, Rusiyanın İnterfaks agentliyi müvafiq köçürülmənin Qarabağdakı münaqişənin həllinə kömək etməyəcəyi, əksinə həll istiqamətindəki problemlərin həcmini artıracağı barədə xəbər yayıb.

Bu kontekstdə Ermənistan milli təhlükəsizlik qurumunun rəhbəri Artur Vanetsyan bu yaxınlarda Qarabağ bölgəsinə səfəri zamanı müvafiq ərazinin Azərbaycana qaytarılacağını istisna edərək orada erməni məskunlaşma proqramını dəstəklədiyini açıqlayıb. Həmçinin sözügedən şəxs köçürmə proqramının Ermənistanın təhlükəsizliyi üçün əsas olacağı, müvafiq proqram vasitəsilə Ermənistan xalqı, eləcə də, dünya ictimaiyyətinə xüsusi bir mesaj göndərildiyi, heç bir şantaja boyun əymədən bütün dünyanın erməniərin müvafiq torpaqları təslim etmə niyyətinin olmamasını anlamasının zəruriliyini vurğulayıb. O, Ermənistanla bağlılığı olan həmvətənlərinin bu torpaqlarda yaşamağa haqlarının olduğunu qabardıb.

Beynəlxalq birliyin münasibəti

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani, Rusiyanın Suriyadakı erməniləri və PKK terror təşkilatı üzvlərini Türkiyəyə qarşı istifadə etmək məqsədi ilə Qarabağ bölgəsində (Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan) yerləşdirdiyini təsdiqləyibr. O, İranın "Arman" qəzetində AzərbaycanErmənistan arasındakı son toqquşmalara və Rusiya ilə Türkiyə arasındakı gərgin münasibətlərə həsr edilmiş məqalədə bu haqda bildirib.

Süleymani Rusiyanın Ankara ilə münasibətləri gərginləşdikdən sonra, erməniləri Türkiyəyə qarşı istifadə etçməyə başlaması və Suriya erməniləri, xüsusilə PKK ilə əlaqəli Türkiyəyə qarşı faydalanılması mümkün şəxslərin Qarabağda yerləşdirildiyini iddia edib. Bundan əlavə, iranlı diplomat Rusiyanın Azərbaycanla Qərb arasında yaxınlaşmasının qarşısını almaqla rəsmi Bakının Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara yönəlməsi, habelə Türkiyənin Cənubi Qafqazdakı təsirinin azaldılması məqsədilə ermənilərdən istifadə etdiyi qanətindədir.

Həmçinin, İran ədliyyə qurumlarına yaxın hesab edilən “Mizan” kimi bəzi media qurumlarının guya Türkiyənin Suriyadakı səhvlərini ört-basdır etmək üçün Qarabağda toqquşmalarda maraqlı olduğu iddiasının əksinə, diplomat Rusiya Prezidenti Vladimir Putinin Qarabağda müharibə qığılcımını alovlandıran əsas fiqur olduğunu mülahizə edib.

Süleymani Azərbaycan torpaqlarını işğal etməkdə Ermənistana köməklik göstərən Rusiyanın Sovet İttifaqının dağılmasından sonrakı dövrdə siyasətini sərhədləri xaricində davam etdirmək üçün hər zaman ətrafda meydana gələn böhranlardan faydalandığı, rəsmi Moskvanın Türkiyədə təsirli və qalıcı böhranlar yaratmaq gücünə sahib olmadığından Qarabağda müvafiq addımı atdığını diqqətə çatdırıb.

Ermənilərin məskunlaşma strategiyası

Ermənilərin məskunlaşması və yerli əhalinin Azərbaycan bölgələrindən və kəndlərindən qovulması bu gün baş vermir, əksinə, müvafiq siyasət iyirminci əsrin əvvəllərindən ermənilərlə azərbaycanlılar arasında baş verən toqquşmalar və Azərbaycan əhalisinin indiki Ermənistan torpaqlarından qovulması, eləcə də,erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində baş verib. Belə ki, 1918-ci ilin ortalarından etibarən erməni silahlı birləşmələri, Zangəzurdakı müsəlman yaşayış yerlərinin dağıdılmasında və bölgənin etnik təmizlənilməsində böyük rol oynamışdır.

Türkiyədən gələn ermənilər Zəngəzurda yerləşdirilmiş, digərləri isə İrəvan və Dərələyəz bölgələrindən qovulan müsəlmanların evlərində məskunlaşdırılıblar. SSRİ Elmlər Akademiyasının Qafqaz Etnoqrafiya Jurnalındakı məlumata görə, “Ermənistanda azərbaycanlıların yaşadığı torpaqlar boşaldılaraq daşnaklar orada “ölkəni işğalçılardan, ilk növbədə müsəlmanlardan azad etmə” siyasəti həyata keçiriblər.

Bu tarixdən etibarən Ermənistanın gələcək köçürülmə planlarının hazırlandığı və Qarabağ bölgəsini işğal etməsiylə Suriya, İraq və Livandakı münaqişələrdən və terror müharibələrindən qaçan ermənilərin qonşu Azərbaycana qarşı genişləndirmə siyasətində istifadə olunduğu qeyd edilir.

6 illik vətəndaş müharibəsindən sonra Suriyadakı ermənilərin vəziyyəti haqqında hesabat: "Müharibə Suriyada bir əsrdir mövcud olan xristian erməni azlığını ortadan qaldıra bilər." Suriyadakı vətəndaş müharibəsi 5 milyondan çox vətəndaşını ölkələri xaricində siyasi sığınacaq axtarmağa məcbur edib. 2015 və 2016-cı illərdə yüz minlərlə mühacir Avropa, xüsusilə Balkan ölkələrinə yollanıblar.

Erməni diaspor təşkilatları guya Suriyada 150 min erməninin olduğu və əksəriyyətinin Hələbdə yaşadığını təxmin edirlər. Ancaq əslində son iyirmi ildə Suriyadakı erməni əhalisinin sayı azalaraq təxminən 100 min nəfərə çatıb, əsasən Kesabşəhərində məskunlaşıblar.

Bununla yanaşı, ermənilərin Deyr əz-Zour, əl-Bukamal, Mayadin və Rakkanın bəzi şəhərlərindən başqa Qamışlı, Hasaka, Ras əl-Ain, əl-Malikiyah, Amuda, əl-Darbasiyah və əl-Qahtaniyah və s. ərazilərdə də yaşamaqdadırlar. Həmçinin, Suriyanın qalan şəhərlərində (Şam, Kasab (ən çox əhalisi olan), Tartus, Lattakia və Daraada) hazırda yaşayan çox az sayda erməni ailələri mövcuddur.

Qeyd edilməlidr ki, 2010-cu ilin statistikasına əsasən Suriya ermənilərinin ən böyük hissəsi 80 min nəfər olmaqla Hələb şəhərində məskunlaşmışdı. Ermənilərin real sayı barədə müstəqil və ya bitərəfmənbə olmadığından müvafiq rəqəmləri, statistik məlumatları dəqiqləşdirmək, habelə əsas məlumat mənbəyi olan Erməni Kilsəsinə belə etibar etmək olmaz.

Bəzi məlumatlarda Suriyanın şəhərlərindəki ermənilərin sayının əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilir. Məsələn, əvvəllər Hasakada yüz yetmiş ailə yaşayırdısa, hazırda onlardan yalnız üçdə biri qalıb. Eləcə də, Ras əl-Ain, əl-Malikiyah, əl-Qahtaniyah, Amudah və Darbasiyahda heç bir ailə qalmamış, ancaq Qamışlıdakı 250 ailədən yarıdan azı yaşamaqdadır.

Yeni məlumatlar...

“Almuraqeb Aliraqi” qəzeti məqalənin ardını sentyabrın 9-da dərc olunan sayında yayıb. Bu yazıda Suriya ordusu sıralarında döyüşən Suriyalı gənclərin Qarabağda qüvvələrini cəmləşdirən Ermənistan ordusunun ön cəbhələrində xidmət etmək üçün könüllü olduqları, bununla belə, bir qisminin də sərhəd yaxınlığındakı kəndlərdə qalmağa üstünlük verərək xidmətdən yayınmaq məqəsdilə Ermənistan vətəndaşlığı tələbini təxirə saldıqları qeyd edilir. Əvvəllər Şamda inşaat şirkəti olan Oskanyan adlı bir erməni iş adamı Suriyadan qaçqınların gəlməsinin hələ də davam etdiyini, ancaq əvvəlki kimi çox sayda olmadığını bildirib. Bu xüsusda guya bəzi şəxlsərin Suriyadakı mülklərini satmaq məqəsdilə geri qayıtdıqlarını deyib.

Ermənistan Təhlükəsizlik Şurasının məskunlaşma planı

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Krikorian jurnalistlərə verdiyi açıqlamada, ölkəsinin Türkiyə hərbi əməliyyatıları və bitməyən İŞİD müharibəsi səbəbiylə Suriyanı tərk etmək istəyən erməniləri qəbul etməyə hazır olduğunu söyləmişdi:

“Biz mənbələr axtarmağa hazırıq, lakin Suriyada yaşayan neçə erməninin Ermənistana köçmək istədiyini bilməliyik. Bir istək varsa, düşünürəm ki, bizim tərəfimizdən heç bir məhdudiyyət olmayacaq”.

O həmçinin, ermənilərin əsasən hərbi əməliyyat keçirildiyi ərazini tərk etdiyinə işarə edərək, onların qaldığı yeganə şəhərin Qamışlı olduğunu və ölkəsinin oradakı erməni icması və mənəvi liderləri ilə təmasda olduğunu söyləmişdi.

Qeyd edək ki, Suriyadakı erməni icması ölkədəki qarşıdurmadan əvvəl təxminən 110.000 nəfəri əhatə edən ən böyük diaspor icmalarından biri hesab olunurdu və Hələb, Şam, Latakiya, eləcə də Kassab və Qamışlıda yaşayırdılar. Ancaq müxtəlif təxminlərə görə, münaqişə başladıqdan sonra 90 mindən çox erməni Suriyanı tərk edib.

Yeni torpaq işğal etmək üçün yeni müharibə

Ermənistanın "Yeni torpaqları işğal etmək üçün yeni bir müharibə" şüarı altında başlatdığı təcavüzkar hərbi strategiyanı həyata keçirmək məqsədi ilə 12-16 iyul tarixlərində Ermənistanla Azərbaycan arasındakı sərhəddəki Tovuz bölgəsində hücumunun uğursuzluğundan sonra, Ermənistanın siyasi hərbi rəhbərliyi təxribatçı addımlarını və açıqlamalarını davam etdirməkdədirlər. Qəzet yazır ki, təxribatçı tərəf olan Ermənistan son hərbi macərasının uğursuzluğunu digər səviyyədə kompensasiya etmək və diqqəti Ermənistanda dərinləşən sosial, iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədi ilə müvafiq addımı atıb.

Bütün bunlar, Ermənistanın qanunsuz güc tətbiq edərək yaratdığı işğal statusunu möhkəmləndirməyi hədəflədiyi və Ermənistanın yaratdığı münaqişənin nəticələrini aradan qaldırmaq istəmədiyinin bariz sübutudur. Bu mövqe Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin hədəfə alınması təhdidinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən irəli sürülüb.

Açıqlamaya görə, "Ermənistandakı siyasi hərbi dairələr Azərbaycandakı Mingəçevir hidroelektrik stansiyası kimi böyük yaşayış sahələri və strateji mülkü qurğuların hədəfə alınmasının mümkünlüyünü elan etdikdən sonra" Gəncə şəhərinin də hədəfə alınması təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terror planlarını ifşa edir. Azərbaycanın, müvafiq işğalçı ordunun hərbi təxribatlarını yüksək qabiliyyət və peşəkarlıqla dəf etdikdən sonra yerli və beynəlxalq səviyyədə pis vəziyyətə düşən Ermənistan, bir daha mülki obyektləri və əhalini terror təşkilatları kimi hədəf alması, dinc əhali arasında terror yaymağa yönəlmiş ənənəvi metodlara əl atıb.

Ermənistan, bir daha Yaxın Şərq ölkələrində baş verən insan faciələrinin biabırçı siyasi məqsədləri üçün istismarından əl çəkmir, Beyrut limanında baş verən dəhşətli partlayışdan sonra qanunsuz olaraq işğal olunmuş Azərbaycan torpaqlarda Livanın erməni mənşəli vətəndaşlarının yerləşdirilməsi planını elan edir.

Mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik olan Şuşa şəhərinə müvafiq qaçqınların yerləşdirilməsi ilə bağlı bu biabırçı niyyət, işğal altındakı Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətini gücləndirmək üçün yeni cəhddir.

Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhəri də daxil olmaqla işğal altında olan bütün torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmaq hüququnun həyata keçirilməsi Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli prosesində qırmızı xəttdir. Ermənistanın təsvir etdiyimiz bu xətti keçmək niyyətindən imtina etməsinə gəlincə, bu, ciddi və arzuolunmaz nəticələr verə bilər.

Azərbaycanın təbii sərvətlərinin istismarı

Digər tərəfdən, Ermənistan, işğal olunmuş Azərbaycan torpaqlarında aparılan digər qanunsuz iqtisadi fəaliyyətlər kontekstində kənd təsərrüfatı torpaqlarına fayda verən böyük su hövzəsi olan Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək üçün mühüm addımlar atıb. Ermənistanın Sərsəng su anbarı ilə bağlı atdığı addımlar, həm də Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və ictimai və özəl mülkiyyət hüquqlarının kobud şəkildə pozulması qanunsuzdur.

Azərbaycan torpaqlarını işğal etməsindən bəri Ermənistan Sərsəng su anbarından işğal olunmuş Azərbaycan torpaqlarına yaxın ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarını su mənbələrindən məhrum etmək üçün ekoloji terrorizmin bir vasitəsi kimi faydalanır, bu səbəbdən həmin ərazilərdəki ekoloji vəziyyətə ciddi ziyan vurur, bioloji müxtəlifliyə zərər yetirir. Torpaqların hamarlanması, çayların və su hövzələrinin məcrasının dəyişdirilməsi ilə bağlı konkret faktlar, Avropa Şurası Parlament Assambleyasının 2016-cı il tarixli 2085 saylı qərarlarına ziddir.

Bundan əlavə, Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək üçün atılan addımlar və işğal olunmuş ərazilərdəki struktur dəyişiklikləri, o cümlədən Ermənistanı işğal olunmuş Azərbaycan torpaqları ilə birləşdirən yolların inşası və yenidən qurulması, Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşma siyasətinə xidmət etməklə daha çox erməni qaçqın yerləşdirlməsi məqsədi daşıyır.(yenisabah)

pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar