Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində ittifaqlar və qruplaşmalar səngimir - İngiltərə Avropadan çıxıb, hara gedir?..

Avropa Birliyi, İngiltərə-Çin-Türkiyə-islam ölkələri və ABŞ olmaqla 3 qrup meydana gəlib. Mübarizə bu quruluşlarla ittifaqlar arasında gedir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 23 sentyabr 2020-ci il

Bildiyiniz kimi, Aralıq dənizi məsələsi artıq bütün dünyanın gündəmindədir və belə olmağa da davam edəcək.
Ortada görünməyən böyük bir müharibə var. Dəfələrlə dediyim kimi, mübarizə Vaşinqtonla London arasında gedir.

Sovet İttifaqının dağılmasından sonra yeni sistemin qurulması mümkün olmayıb. İkinci Dünya Müharibəsindən sonra da London öz gücünü ABŞ-a ötürüb. Sistem illərdir VaşinqtonlaMoskva arasındakı saxta gərginlik üzərindən yola davam edir. İndi isə ABŞ öz içində Londonu istəmir və London da yeganə lider olmaq niyyətindədir.

London öz maliyyə gücündən əlavə, həm də 70 ölkəyə təsir edə biləcək bir quruluşdur. ABŞ isə pulunun yanına silah və texnologiyasını da qoyaraq sonuncu imperiyaya çevrilmiş bir gücdür. Nəticədə isə tərəfdaşlıq bitib, müharibə başlayıb.

Çindən Londona çatan “İpək Yolu” İngiltərənin Çini də yanına alaraq qurmaq istədiyi bir dünyaya işarə edir. “İpək Yolu” Çinin rəhbərlik etdiyi hissələrdən ibarət olacaqdı. Türkiyənin də önəmli yer tutduğu bu zəncirdə 65 ölkə yeni sistemin ortaqları və qalibləri olacaqdılar. Yəni əsas beyin London, işləyən Çin, strateji həmlə Türkiyə, keçid bazası İran və son dayanacaq da İtaliya olacaqdı. Bütün layihə bu idi.

Lakin daxildə gedən siyasi mübahisələr bizi, bəlkə də, 100 il davam edəcək bir plandan uzaqlaşdırıb. Aralıq dənizi məsələsi hələ masada həll edilməyib. Prezident Ərdoğan Merkel, Makron və ya Miçotakislə görüşə bilər. Hər biri müxtəlif vədlər də verə bilər, hətta “siz haqlısınız” da deyə bilərlər. Lakin bununla problem həll olunmur. Çünki Aralıq dənizində əsas gücə çevrilmək istəyən təkcə Avropa Birliyi deyil.

Hər şeydən əvvəl “Dərin Amerika” nəzarət edə biləcəyi bir Avropa istəyir. Həqiqi mənada ən böyük rəqibi Avropadır. Əsl rəqib Çin kimi görünsə, əsas məsələ Çin deyil. Lakin İngiltərənin rəhbərlik etdiyi London-Pekin ittifaqı önəmli və dağıdıcı bir rəqibdir. Üstelik, tərəfdaş kimi Türkiyəni yanlarına çəksələr, ABŞ-ı çətin günlər öz gözləyəcək.

Onsuz da Brexit Londonun öz dostları ilə qurmaq istədiyi yeni dünya layihəsinə görə baş tutub.
Bəs İngiltərə Avropadan çıxıb, hara gedəcəkdi? Kimlə və ya kimlərlə ortaq olacaqdı?

Bunların cavabı “İpək Yolu” ilə bağlıdır. İçində Avropa, Yaxın Şərq və Avrasiyanı əhatə edən nəhəng bir sistemdən söhbət gedir.

Bir tərəfdə isə Milli Təhlükəsizlik Agentliyi (NSA) vasitəsilə dünyada nələr baş verdiyini bilən Amerika var. Vəziyyət belə olduqda şahmat da başlamalı idi. Nəticədə isə Avropa Birliyi, İngiltərə-Çin-Türkiyə-islam ölkələri və ABŞ olmaqla 3 qrup meydana gəlib. Mübarizə bu quruluşlarla ittifaqlar arasında gedir.

Məlum olduğu kimi, bu 3 qrup Aralıq dənizində də mübarizə aparır. Türkiyənin Yunanıstanla qarşılaşmasına və ya Fransanın hiddətlənməsinə aldanmayın. Avropa Birliyi Aralıq dənizindən böyük pay almaq istəyirdi və arxasında da Almaniya möhkəm dayanıb. Onlar əgər İpək yolundan və Aralıq dənizindən istədiklərini ala bilməsələr, Afrikaya və Yaxın Şərqə də hakim ola bilməzlər. Yəni nefti ələ keçirə bilmədikcə yaşamaq da çətinləşir.

İngiltərə isə Türkiyə və İran kimi vacib ölkələrlə birlikdə Çin üzərindən yeni dünyaya start verib. Bu səbəbdən, Londondakı terror aktları və Honkonq hadisələri bir-biriylə əlaqəli idi.

Bu müharibə böyüdükcə daxildə də partiyalar qurulmağa başladı. Heç kim pandemiyaya fikir vermir, yeni partiya adları ortaya çıxır və ittifaqlar qurulur. Məsələyə real yanaşsaq, Türkiyə kimi önəmli bir ölkədə heç kim daxili siyasətlə bağlı addım ata bilməz. Bununla bağlı müzakirələr aparıla və ya vədlər verilə bilər.

Amma qəbul etmək lazımdır ki, siyasətin məqsədi xarici nizamdır. Yəni Türkiyənin harada, kiminlə birlikdə olduğu və hansı ittifaq çərçivəsində iş gördüyü önəmlidir.

Kılıçdaroğlu, Davudoğlu, Karamollaoğlu, Babacan, Demirtaş, Akşener kimi simalar qəbul etsələr də, etməsələr də Türkiyənin istiqamətini dəyişdirmək istəyirlər. Üstəlik, Türkiyədəki istiqamətini bəyənməyənlər də maliyyə tələsi qurub gözləyirlər. Çünki müsahibələrdə, mitinqlərdə deyilməyən çox söz var. Unutmamalıyıq ki, siyasətçilərdən bəziləri Almaniya, bəziləri Avropa, bəziləri də ABŞ-la yola davam etmək istəyirlər. Aralıq dənizində baş verən dünya müharibəsinin mövqeləri daxili siyasətdə də özünü göstərir. Aralıq dənizi o qədər dəyərlidir ki, bura ilə heç bir əlaqəsi olmayan ABŞ və ÇİN də işin içindədir.

Dəfələrlə dediyim kimi, hamının ABŞ-a yaxın olduğunu düşündüyü İsrail, əslində İngiltərəyə yaxındır. “Kölgə prezident” kimi addımlar atan Pompeo oyunu dəyişdirmək baxımından meydandakı ən önəmli bir aktyorlardan biridir. Tramp vasitəsilə İngiltərəyə yaxın olan İsraillə ərəb ölkələrini yan-yana gətirdilər. Son dövrdəki ən böyük hadisə bu idi.

Türkiyənin nə ABŞ, nə də Avropa Birliyi ilə razılaşmaq ehtimalı var idi. Bütün paytaxtlar bunu bilsələr də, yenə də oyuna davam edirdilər. Qeyd etmək lazımdır ki, 15 İyul çevrilişi və ondan əvvəlki hadisələrin arxasında da həmin mərkəzlər var idi. Buna görə də, Ankara ABŞ-Avropa bucağından uzaqlaşıb.

Ümumi mənzərəyə baxdıqda görünür ki, hər kəs həyati addımlar atmalıdır. Heç kimin çox vaxtı qalmayıb. Mütləq ki, Türkiyə və Avropa arasında gərginlik yaranacaq. Həmçini, iqtisadi cəhətdən də problemlərin artması gözlənilir. Lakin ABŞ heç bir zaman bu oyundan əl çəkməyəcək. Bəzən İsrail və ya BƏƏ, bəzən də Misir və ya Liviya üzərindən yoluna davam edəcək.

Unutmaq olmaz ki, Avropa Birliyi Aralıq dənizindən bir pay almaq istəyir. İngiltərə ilə ABŞ isə imperatorluq arzusu ilə yaşayır. Məqsəd pul, silah, texnologiya, əmtəə və xidmətlərin nəzarəti altında olan bir dünya yaratmaqdır. Bu vaxta qədər də heç bir ortaqlıq əldə olunmayıb. 2010-cu ildə “Ərəb Baharı” başlayan vaxtı bu paylaşma müharibəsinə də start verilmişdi. Həmin vaxtı yazılan ssenarini indi 10 il sonra başa düşə bilirik. İstənilən halda, ABŞ-ın bazara çıxan xəritələrə verdiyi reaksiya və ya Avropa Birliyinin sülh masası səmimi deyil. Sovet İttifaqı müharibə ilə gələn bir sistemin ucunda idi. Tərəzinin bir gözündə Sovet, digər gözündə də Amerika var idi.

Pandemiya olsa da, Covid-19-la dünya sarsılsa da, Aralıq dənizindəki məsələ sakit şəkildə həll olmayacaq. Buna görə, çox diqqətli olmaz lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar