Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı jurnalistin Türkiyədə sirli ölümü ilə bağlı görüntülər yayılıb - Video

Amerikalı sənədli film rejissoru və araşdırmaçı jurnalist Andre Vltçek Türkiyənin İstanbul şəhərində Karaköy bölgəsində avtomobilində ölmüş halda tapılıb.

“HaberGlobal”ın məlumatına görə, çex əsilli jurnalistin sirli ölümü ilə bağlı kamera görüntüləri ortaya çıxıb.

Məlumata görə, 57 yaşlı Vltçek həyat yoldaşı İndira ilə birlikdə Samsun vilayətindən İstanbula getmək üçün maşın icarəyə götürüb. Səfər zamanı onları iki sürücü də müşayiət edib. Səhər saat 5:30-da cütlük Karaköydə qalmağı planlaşdırdıqları hotelə gəldikdə İndira Vltçek ərini oyatmağa çalışıb. Ancaq jurnalist cavab verməyib.

Arvadı və sürücülər təcili yardım çağırıb. Hadisə yerinə gələn həkim qrupu jurnalistin öldüyünü bildirib.

Kadrlarda VİP maşının hotelin önünə yaxınlaşması, maşından düşənlərin otel əməkdaşları ilə danışması və bir müddətdən sonra tibb işçilərinin gələrək maşının içindəki şəxsə tibbi müdaxilə etdiyi görünür.

Polis hadisəni “şübhəli ölüm” kimi qeydə alaraq istintaqa başlayıb

Vltçek Peru, Meksika, Bosniya, Hindistan və Konqo da daxil olmaqla müxtəlif ölkələrdəki hərbi münaqişələri işıqlandırırdı.

O, jurnalistlikdən əlavə rejissor, fotoqraf və dramaturq kimi də tanınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar