Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış aktyor avtomobildə gecələyir – "Xərcləri çatdıra bilmirəm"

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi şəxsi avtomobilində gecələyir.

Bu barədə aktyor özü məlumat verib. Aktyor bildirib ki, uzun müddətdir mənzil problemi var:

"Mənzil problemim subay vaxtımdan var. O vaxt qardaşımın mənzilində onlarla birlikdə yaşayırdım. Altı nəfər ikiotaqlı mənzildə məskunlaşmışdıq. Sonra ailə qurdum, övladım dünyaya gəldi və hazırda bir yaşı var. Bir müddət qardaşımın mənzilində yaşayandan sonra çətin oldu. Mən aktyoram, yaradıcı insanam. İnanın ki, qardaşımın evində yaşadığım otağın iki metr yarım uzunluğu var. Ailə qurandan sonra kirayəyə çıxdım. Düzdür, maaşlarımız artırıldı. Amma yenə də kirayədə qalmaq üçün kifayət etmir. Özünüz bilirsiniz ki, kirayələr elə də ucuz deyil, bahadır. Bir aydan sonra məcburən kirayədən çıxdım. Gördüm ki, digər xərcləri çatdıra bilmirəm. Danışdıqca məni qəhər boğur. Allah heç bir kişini belə sınağa çəkməsin. Neçə dəfə hətta intihar etmək həddinə gəlib çatmışam. Mən aktyoram, başqa iş bacarmıram, əlimdən heç nə gəlmir".

Aktyor bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə məktubla müraciət edib və bundan sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən qəbul edilib:

"Fərəh xanıma dedim ki, mən nə fəxri ad, nə heç nə istəmirəm. Sadəcə bir otaqlı mənzil istəyirəm ki, başımı soxum ora, yaradıcılıqla məşğul olum və bilim ki, ayın axırı heç kim gəlib məndən kirayə pulu istəməyəcək. Sonra teatrın direktoru Azərpaşa Nemətovun da yanında oldum. O da məni dinlədi, əlindən gələni etməyə çaışdı. Dedi ki, səbrli ol. Nə qədər səbrli olum? İlyarımdı sürünürəm. Üzr istəyirəm, insan öz balasını nə qədər "vatsap"la görər? Ailəmi aparıb Dağıstanda - kənddə qoymuşam. Övladımı ancaq telefonla görürəm, gözümdən gilə-gilə yaşlar axır. Bir ilə yaxındır ki, maşında yatıram. Qardaşımın evinə nadir hallarda gedirəm".(Ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar