Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinqapurda sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək

Sinqapur hökuməti "Apple" korporasiyasını səhiyyə sahəsində "LumiHealth" adlı ikiillik proqrama tərəfdaş kimi cəlb edib. Bu təşəbbüs sayəsində "Apple Watch" "ağıllı" saatından istifadə edən ölkə sakinləri öz sağlamlıqlarına nəzarət edə və sağlam həyat tərzinə görə pul mükafatı qazana bilərlər.

PİA.az ictnews.az-a istinadən bildirir ki, proqramın iştirakçılarına "Apple"ın "ağıllı" saatları ilə yanaşı, "iPhone" və 2020-ci ilin oktyabrında "App Store" onlayn mağazasında əlçatan olacaq "LumiHealth" mobil tətbiqi lazım olacaq.

Proqrama qoşulmağa qərar vermiş Sinqapur sakinləri mobil tətbiqdəki tapşırıqları yerinə yetirmək və qoyulmuş hədəfə nail olmağa görə təxminən 280 ABŞ dolları qazanmaq imkanı əldə biləcəklər. Xüsusilə yeriş, fiziki tapşırıqlar, üzgüçülük və ya yoqa kimi fiziki fəaliyyət təşviq ediləcək. Bundan başqa, "LumiHealth" tibbi müayinə və profilaktik peyvəndlər üçün fərdiləşdirilmiş proqramlar və xatırlatma təklif edəcək. Mobil proqramda reallaşdırılmış yarış komponenti istifadəçiləri daha sağlam yeməklər seçməyə və yuxu rejiminə riayət etməyə sövq edəcək.

pia.az


Etiket: Sinqapur


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar