Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-dan Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini...”

AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovanın Milli Məclisin deputatlarına müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Ötən həftə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası haqqında verdiyi qərəzli bəyanat elmi ictimaiyyətin haqlı narazılığı ilə qarşılanıb. Təbii ki, elmdən tamamilə uzaq olan bu şəxsin Akademiya və alimlərimiz haqqında dedikləri AMEA-da bütövlükdə Milli Məclisin mövqeyi kimi qəbul olunmur. Ancaq Milli Məclisin sədr müavini olan bir şəxsin Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Elmlər Akademiyası barəsində dilə gətirdiyi xoşagəlməz ifadələr bizi dərindən narahat etməkdədir.

Lakin bütün bunlara baxmayaraq, çatışmazlıqların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimiz qarşısında qoyduğu strateji vəzifələrin həyata keçirilməsi üçün AMEA kollektivi fədakarcasına çalışmaqda davam edir.

Çox maraqlıdır, görəsən Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı? Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb. Əksinə, bəzi deputat həmkarları kimi o, yaddaşlarda millət vəkillərinin əmək haqlarının artırılması, onlara əlavə imtiyazların verilməsi məsələsində dəfələrlə göstərdiyi canfəşanlıqla yadda qalıb. Özü üçün yüksək əmək haqqı tələb edərkən, Adil Əliyev heç olmazsa bir dəfə də olsun Azərbaycan aliminin qayğılarını, ehtiyaclarını yada salıbmı? Onu nə vaxtsa belə məsələlər düşündürübmü?

Məlum olduğu kimi, AMEA kollektivinin əhəmiyyətli bir qismi Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunur. Onlar həmişə olduğu kimi, indi də Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun sadiq əsgərləri olaraq fəaliyyətlərini dönmədən davam etdirməkdədirlər. Akademiyadakı YAP ərazi təşkilatının üzvləri olaraq, biz Milli Məclis üzvlərinin, xüsusilə də YAP-ı təmsil edən deputatların Adil Əliyevin Akademiya və alimlərimiz haqqında məsuliyyətsiz və populist fikirlərinə münasibət bildirmələrini istəyirik.

Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir. Millət vəkillərimizdən alimlərimizin narahatlığını anlayışla qarşılamalarını və bölüşmələrini xahiş edirik”(yenisabah)

pia.az


Etiket: AMEA Adil Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar