Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?

Bir neçə gün öncə sürücülük vəsiqəsi almaq üçün imtahana şortla gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Texnobloqer Fərid Pərdəşünas “facebook”da yaydığı məlumata görə, sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına şort geyindiyinə görə buraxılmayıb. Belə ki, sosial şəbəkədə vətəndaşın dövlət qurumunun binasına şortla gedib-getməməsi ilə bağlı məsələ müzakirələrə yol açıb. Bəziləri vətəndaşların dövlət qurumlarının binalarına şortla getməsini qınasalar da, bəziləri vətəndaşların geyiminə görə binaya buraxmayanları tənqid edib.

“Report”un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq bir neçə dövlət qurumuna müraciət edərək onlardan şortla binaya daxil olmasına münasibət öyrənib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Report”a bildirib ki, quruma gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

“Doğrudur, hazırda vətəndaşların qəbulu dayandırılıb. Amma ümumilikdə qəbula gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı heç qadağa nəzərdə tutulmayıb”.

Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”a bildirib ki, qurumun işçilərinin korporativ geyim formaları mövcuddur:

“Həmin geyim formasına da əməl edilir. Bu, Təhsil Nazirliyinin kommunikasiya planında bütün əməkdaşlar üçün göstərilən qaydadır və onlar da buna əməl edirlər. Xanımların və kişilərin öz geyim formaları var və bundan kənara çıxılmamalıdır. Əgər kənara çıxılarsa, bununla bağlı qaydalar xatırladılır və xahiş olunur ki, qaydalara əməl etsinlər. Vətəndaşların qəbulu zamanı isə biz onların geyim formasına irad tuta bilmərik. Onların qəbula hansı geyimdə gəlməsi öz şəxsi işləridir”.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, nazirlikdə Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb. Pandemiyadan əvvəl isə dövlət qurumuna daxil olarkən vətəndaşlardan hər hansı geyim şərti tələb olunmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a deyib ki, onun təmsil etdiyi qurumda vətəndaş qəbulu zamanı elə bir məhdudiyyət nəzərdə tutulmayıb:

“Vətəndaş özünü rahat hiss etdiyi geyimdə yaxınlaşıb gələ bilər. Təbii ki, indiyədək bizim qəbullara şortla gələn olmayıb. Amma gəlsə belə, bununla bağlı qadağa yoxdur. Çünki qanunvericilikdə də bununla bağlı hər hansı tələb yoxdur. Təbii ki, tövsiyə xarakterli ola bilər ki, vətəndaş nazirliyə gələrkən müəyyən qədər səliqəli və uyğun geyimdə gəlsin. Amma indiyə qədər vətəndaşların qəbulu zamanı geyimlə bağlı problem yaşanmayıb. Bizim bərpa mərkəzlərimiz var, orada əlilliyi olan şəxslər 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər və yaxud digər yetkin insanlar o mərkəzlərin xidmətlərindən istifadə edirlər. Onların arasında şortla gələnlər də var”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

loading...

Ən çox oxunanalar