Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bibisini öldürüb "qeybə" çəkilən "peyğəmbər" haqda deyilənlər uydurmadır - DİN

Bir neçə gün əvvəl sosial şəbəkələrdə “vergi verildiyi” deyilən Emin Ramazanov adlı şəxsin görüntüləri yayılıb. Videoda həmin şəxs zob xəstəliyindən əziyyət çəkən doğma bibisini qeyri-adi üsullarla müalicə edərkən qadının anidən huşunu itirdiyi görünür. Bu videonun ardından qadının vəfat etdiyi, Emin Ramazanovun isə qaçıb gizləndiyinə dair məlumatlar yayılıb. DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülərdə qadının ölməsi məlumatı yalandır: “Videoda “vergi verildiyi” deyilən şəxs 1982-ci il təvəllüdlü Emin Ramazanovdur. Lənkəran şəhərində yaşayır. Bir ay bundan qabaq Bakıya bibisi Şərqiyə Babayevagilə gəlib. Bibisi zob xəstəliyindən əziyyət çəkir. Bu şəxs də bibisinə təklif edib ki, mənə vergi verilib, dini ayinlərlə səni müalicə edəcəm. Bibisinin həyat yoldaşının, qızlarının yanında bu şəxs Şərqiyə Babayevanın boğazını bir-iki dəfə sıxan kimi qadının ürəyi gedib yerə yıxılır. Təxminən 5 dəqiqədən sonra qadın özünə gəlir. Onun vəfat eləməsi barədə yayılan xəbər isə yalandır. Hətta, çağrılıb izahat da alınıb. Sadəcə ani olaraq qadın huşunu itirib sonra özünə gəlib. Məsələ bundan ibarətdir. Həmin oğlanın qaçması, qeybə çəkilməsi barədə deyilənlər isə uydurmadır. Emin Ramazanov hazırda Lənkərandır, bibisinin də heç bir şikayəti yoxdur”.(Mediapost)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar