Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan neftçilərinin əməyi əsl qəhrəmanlıqdır

Azərbaycan neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni və birinci neft boru kəmərinin inşa edildiyi ölkədir. Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanıb. 1846-cı ildə Bakıda “Bibiheybət” yatağında qazılmış quyudan püskürən neft fontanı ölkəmizdə “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında püskürən fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub. Azərbaycan, dünyada ilk dəfə olaraq, açıq dənizdə neft çıxarmağa başlayıb.

Ötən illər ərzində Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin axırlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən tam bəhrələnmək imkanı qazanıb. Bu imkanı isə Ümummilli Lider Heydər Əliyevin dühası reallığa çevirib. 1970-1980-ci illərdə ulu öndər Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verdi, o cümlədən, neft sənayesinin inkişafı üçün önəmli addımlar atıldı. Azərbaycana üzən qazma qurğuları, 400-dən artıq gəmi, həmçinin, kran gəmiləri gətirildi. “Günəşli” yatağı kəşf olundu. Buradan neft çıxarmaq üçün Dərin Özüllər Zavodu inşa edildi. Yeni gəmilərin alınması kəşfiyyat işlərinin miqyasını artırdı. ”Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdəki hissəsi kəşf olundu. Bu yataqlarda iş başlandı və böyük miqyas aldı.

1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi hadisə yaşandı. Bakıda “Gülüstan” Sarayında dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı, müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu.

1997-ci il noyabrın əvvəlində isə bu müqavilə çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı və hasilat başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından ixracı ilə Azərbaycan nefti, ilk dəfə olaraq, iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.
Ümummilli Liderin neft strategiyasını dövrün tələblərinə uyğun tərzdə daha da təkmilləşdirən Prezident İlham Əliyev isə, ilk növbədə, neft gəlirlərini insan kapitalına çevirdi. İlham Əliyevin məqsədyönlü və ardıcıl surətdə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin və iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldi. Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası nəticəsində, ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz Nəqliyyat Dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrildi.
Neft sahəsində görülən işlər çərçivəsində “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atmışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutub. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alıb və bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır.
“Neftçilər günü” ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AzTV, İTV və Real Televiziyalarına müsahibəsində “Abşeron” yatağının əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Azərbaycanda neft sənayesinin inkişafında olan uğurlardan danışan ölkə başçısı qeyd etmişdir ki, “Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”.

Ölkə başçısı Azərbaycan neftçilərinin əməyini yüksək qiymətləndirərək onu “əsl qəhrəmanlıq” adlandırmışdır.

Ağarəhim Baxışov - YAP Səbail Rayon Təşkilatının üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar