Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi haraya qədər uzanacaq?

Politoloq: “Aralıq dənizində geniş müharibə gözlənilmir və burada siyasi nizamı Türkiyə müəyyən edəcək”

“Yunanıstanın cəhdlərinə baxmayarq Avropa İttifaqı Türkiyəyə sanksiyalar tətbiq etməyəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Aralıq dənizində yaşanan son gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı müqavimətdə məğlubiyyətə uğrayan Yunanıstan və müttəfiqi Fransadan yeni təxribat xarakterli açıqlamalar gəlməkdə davam edir. Yunanıstan Xarici İşlər naziri Nikos Dendias ehtiyac olduğu təqdirdə Avropadakı həmkarlarından Türkiyəyə qarşı tətbiq oluna biləcək sanksiya siyahısının hazırlamasını istəyib. Digər tərəfdən Meis Adasını ziyarət edən və Ankaranın sərt reaksiyası ilə qarşılaşan Yunanıstan Prezidenti Katerina Sakellaropulu bu dəfə Cənubi Kiprə getmədən əvvəl olay yaradacaq açıqlamalar verib. O, Yunanıstan və Kiprin Türkiyənin çağırışına cavab verməyə hazır olduqlarını deyib.

Aralıq dənizində yaşanan gərginlik yaxın zamanda öz həllini tapa biləcəkmi və Türkiyə ilə Yunanıstan arasında yeni sazişin imzalanması mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Yunanıstanın adaları hərbiləşdirməsinə baxmayaraq bununla hər hansı bir üstünlüyə malik olmayacaq və Türkiyə ilə hesablaşmalı olacaq”.

Hazırda Yunanıstan və Fransanın heç bir uğura imza atmadığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Türkiyə bu şelfdə öz ərazi sularına daxil olan haqlarından geri çəkilməyəcək:

“Aralıq dənizində geopolitik qarşıdurma əsasən yeni siyasi nizamın əsas komponentidir. Avropa İttifaqı Yunanıstan vasitəsi ilə bu arealda möhkəmlənmək kursu götürür. Əsasən burada Fransa daha fəal görünür. Çünki, Türkiyənin bu regionda güclənməsi beynəlxalq gücünü artıracaq.

Qeyd edim ki, Aralı dənizində Türkiyənin haqları tanınmır. Baxmayraq ki, ən uzun sahil xəttinə malikdir və burada əsas dəniz payı Türkiyənin haqlarına əsaslanmalıdır. Amma, Yunanıstan və Fransa Türkiyənin bu haqlarını tanımır. Bundan əlavə, Aralıq dənizinin şərq hissiəsində qaz yataqlarının olması Yunanıstanın daha da iştahasını artırıb və burada türklərin heç bir haqları tanımır. Ona görə də Türkiyə Oruc Rəis kəşfiyat gəmisini bu ərazilərə göndərərək kəşfiyyat işlərinə başladı.

Məhəmməd Əsədullazadə: “Türkiyə öz haqlarını Yunanıstan və Fransaya tanıtdıracaq”.

Hazırda Yunanıstan və Fransa heç bir uğura imza atmayıb. Yunanıstanın cəhdlərinə baxmayarq Avropa İttifaqı Türkiyəyə sanksiyalar tətbiq etməyəcək. Burada Almaniyada maraqlı deyil. Hesab edirəm ki, Türkiyə bu şelfdə öz ərazi sularına daxil olan haqlarından geri çəkilməyəcək. Yunanıstanın adaları hərbiləşdirməsinə baxmayaraq bununla hər hansı bir üstünlüyə malik olmayacaq və Türkiyə ilə hesablaşmalı olacaq.

Aralıq dənizində dialoqa maraqlı olmayan Yunanıstandı və burada işğalda, qeyri-stabillikdə maraqlıdır. Ona görə də Türkiyə açıq şəkildə öz hərbi potensialını burada ortaya qoyub. Türkiyə öz haqlarını Yunanıstan və Fransaya tanıtdıracaq. Rəsmi sənəd imzalanmasa da, defkato Yunanıstan razılaşacaq. Çünki, güclü Türkiyə ilə üz-üzə gəlmək heç birnin maraqlarına uyğun deyil. Aralıq dənizində geniş müharibə gözlənilmir və burada siyasi nizamı Türkiyə müəyyən edəcək. Bu da Ankaranın beynəlxalq münasibətlər sistemində söz sahibi edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Aralıq dənizi


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? - Polis qurumları şərh etdi

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

Həkim ən təhlükəli ayaqqabı növünü açıqladı

Hərbiçimiz 27 il sonra Füzulidəki evində - Video

loading...

Ən çox oxunanalar