Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiyanın “Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəlib?

"Amerika Mərkəzi "Vaqner Azərbaycanda" deyərkən işğal altındakı əraziləri nəzərdə tuta bilərdi”.

Bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatından danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Rusiyanın məşhur "Vaqner” muzdlularının ayaqlarının dəydiyi ölkələr içərisində Azərbaycan da var:

"Mərkəzin iddiasına görə "Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı, Azərbaycanda da olublar. Məlumdur ki, "Vaqner” muzduları Suriyada, Liviyada, Donbasdakı savaşlarda iştirak edir, bəzi Afrika ölkəsində təhlükəsizliklə bağlı təlimlər keçirlər. Bundan baqşa "Vaqner” muzdlularının Belarusda prezident seçkisi öncəsində həbs olunmaları da böyük qalmaqala səbəb oldu. Bəs "Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəliblər? Bir də ki, Rusiya müzdluları Azərbaycana niyə gəlsinlər ki? Bizim onlara ehtiyacımız yoxdur. Nə zamansa kənar hərbi dəstəyə ehtiyacımız olarsa, döst dövlətlərə müraciət edərik. Bəlkə Amerikanın Araşdırma Mərkəzi Azərbaycanı Rusiyanın strateji müttəfiqi və "Vaqner”in Cənubi Qafqaz ölkələri içərisində gedə biləcəyi tək ölkə olan Ermənistanla səhv salıb? Rusiya muzdlularının Dağlıq Qarabağda erməni separatçılarına təlim keçməsi də istisna deyil. Amerika Mərkəzi "Vaqner Azərbaycanda" deyərkən işğal altındakı əraziləri nəzərdə tuta bilərdi”.

Politoloq qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirməlidir:

"Fikrimcə, "Rusiyanın Azərbaycanda xəfiyyələri” adlı "hesabatla” eyni günlərdə "Vaqner 2016-cı ildə Azərbaycan olub” xəbərinin yayılması təsadüfə oxşamır. Aranı qatanlar var”.(qaynarinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar