Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-dan Avropaya terror təhdidi, Sərracın istefası və “Oruç Reis” müəmması...

Prezident Ərdoğan Sərracın istefa qərarını çox üzücü hesab edib və bunun onun üçün də sürpriz olduğunu bildirib...

İsmət Özçelik
“Aydınlık” qəzeti, Türkiyə, 21 sentyabr 2020-ci il

ABŞ-dan gələn bir açıqlama olduqda diqqət çəkicidir: ““Hizbullah” Avropanın müxtəlif yerlərinə silah və ammonium nitrat gizlədib”.

ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə koordinatoru Neyten Seyls silah gizlədilən həmin ölkələrin adlarını açıqlayıb: Belçika, Fransa, Yunanıstan, İtaliya, İspaniya, İsveçrə. Seyls daha sonra da Avropa ölkələrinə xəbərdarlıq verərək: ““Hizbullah”a qarşı daha sərt bir mövqedə durun”, deyib.

İranı günahlandırırlar

Seyls ortaya belə bir sual da atıb: “Hizbullah niyə Avropaya ammonium nitrat yığsın ki?”. Bu suala elə özü cavab verib: “Cavabı çox sadədir, əlbəttə ki, Tehran istədiyi üçün bunu edər və terror hücumu təşkil edə bilər”. Yəni ortada heç bir fakt olmadığı halda, ABŞ İrana işarə edib.

Avropaya təhdid

Məsələ ilə bağlı ABŞ-ı və onun gizli əməliyyatlarını yaxından izləyən beynəlxalq terror mütəxəssislərinə müraciət etdim. Onlar da açıqlamanı oxuyub, narahat olublar. Mütəxəssislərin sözlərinə görə, “Hizbullah”ın siyasətlərində Avropada terror aktı törətmək kimi bir plan yoxdur və həmçinin, İranın da daxil olduğu bu mühitdə belə bir addım atacaq qədər axmaq deyillər.

Sözlərinə əlavə olaraq mütəxəssislər deyirlər ki, Avropada onsuzda İran və “Hizbullah” belə bir addım atmayacağını bilirlər:

Avropanın kəşfiyyat təşkilatları İran və “Hizbullah”ın belə bir akt törətməyəcəyini bilir. Gələn açıqlamalardan isə məlum olur ki, Avropa ABŞ-ın planlarına qarşı çıxsa, ABŞ terror düyməsinə basacaq. Əgər qarşıdakı dövrdə Avropada terror hadisələri artsa, günahkar və sifarişçi mütləq ki, MKİ-dir”.

Liviyada nələr baş verir?

Liviyada da yeni proseslər var. ABŞ Liviyadakı fəaliyyətini gücləndirib və tərəfləri Mərakeşə toplayıb. Sonra da Qahirəyə keçilib. Amerika, həmçinin, Türkiyə, Rusiya və Almaniyanın Liviyadakı fəaliyyətlərindən çox narahatdır.

Atəşkəs

Yaxın bir zamanda atəşkəs elan edilib. Buna qarışı çıxanlar da, dəstəkləyənlər də var.

Çoxdandır Liviyada neft satışı da dayanıb və tərəflər maddi problemlərlə üzləşməyə başlayıblar. Liviyadakı tərəflərdən də heç kim bu yükü öz üstünə götürmək istəmir. Atəşkəsin əsas şərti isə neft satışının davam etdirilməsidir. Görünür, bölgəyə kənardan gələnlər Liviyadakı əməliyyatları elə Liviyanın öz nefti ilə maliyyələşdirməyə çalışırlar.

Sərracın istefası

Milli Barışıq Hökümətinin Baş naziri Sərrac qısa bir müddət əvvəl Türkiyədə idi. O, heç vaxt istefa barədə danışmamışdı. Ancaq qayıtdıqdan sonra oktyabr ayının sonunda istefa verəcəyini açıqlayıb.

Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu canlı yayımda bu açıqlamanın səhv başa düşüldüyünü demişdi. Ancaq Sərrac istefasını rəsmi olaraq elan etdi.

Prezident Ərdoğan da bu qərarı çox üzücü hesab edib və bunun onun üçün də sürpriz olduğunu bildirib.

Yeri gəlmişkən, bölgə ilə yaxından maraqlanan amerikalı Prof. Maykl Tençum “Oktyabr sürprizi” barədə danışıb.

Görək ABŞ-ın sürprizi nə olacaq?

“Oruç Reis” müəmması

Araşdırma gəmisi “Oruç Reis” hazırda Antalya limanına çəkilib. Lakin bunun edilmə səbəbi və zamanı heç də yaxşı olmadı. Prezident Ərdoğan cümə günü “diplomatiya üçün ikinci şans” məsələsini vurğulayıb. Çünki doğru olan da budur. Ona görə də, gəminin bərpa edilməsi bəhanə gətirilməməli idi. Əgər düzgün bir iş aparılsaydı, nəzarət Türkiyədə olardı. Artıq ləyaqət və təcrübə ilə önə çıxmağın vaxtı deyilmi?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Putin: “Azərbaycan deyir ki, əzəli torpağı olan 7 rayonu qaytarmaq hüququ var”

loading...

Ən çox oxunanalar