Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ronaldu yeni nailiyyətə imza atdı

"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının ilk turunda növbəti statistik nailiyyətə imza atıb.

"Report" "Squawka"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu "Sampdoriya" ilə görüşdə "çərçivə"yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur.

Portuqaliyalı forvard 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Ronaldu bu qolla öz məhsuldar seriyasını uzadıb.

Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsüm qol vurub. Bunadək Ronaldu Portuqaliya "Sportinq"i, İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real Madrid"ində fərqlənib.

Hücumçu "Twitter" hesabında mövsümə qələbə ilə başlamağın həmişə yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar