Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz” - Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki, rəqibi Co Bayden prezident ola bilməz. Xarici agentliklər xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı Şimali Karolinada tərəfdarları qarşısında çıxışında belə bir zarafat edib.

Ağ Ev rəhbəri demokrat rəqibinin siyasi proqramını sərt şəkildə tənqid edərək onun ölkəni uçuruma aparacağını söyləyib. 

“Baydenin gündəliyi bizim iqtisadiyyatı dağıdacaq, ölkəni isə məhvə götürəcək”,-deyə Donald Tramp bildirib.

“Mən istəmirəm ki, insanların bizim prezidentə yazığı gəlsin. Bu oğlan bizə rəhbər ola bilməz. Deyirəm, bəlkə onun bu vəzifəsini tutmasını qadağan edən fərman da imzalayım... İnsanlar ona yazığı gəldikləri üçün səs verəcəklər”,-deyə ABŞ prezidenti sərt üslubunu davam etdirib.

Donald Trampın iddiasına görə, demokratların əsl məqsədi, əslində, yaşlı Baydenin yerinə solçu vitse-prezident Kamala Harrisi dövlət başçısı postuna gətirməkdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabr ayının 3-də keçiriləcək. Həmin gün ölkə prezidenti, vitse-prezident, Nümayəndələr palatasının bütün tərkibi, Senatın üçdə biri, 13 ştatın qubernatoru seçiləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

loading...

Ən çox oxunanalar