Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda nazir çimərlik təmizlədi — Fotolar

Avropa İttifaqının çimərliyin təmizlənməsi tədbiri “Təmiz Dəniz səndən başlayır!” şüarı altında keçirilib.

19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup keçirib.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri səfir Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dainis Garançs tədbirdə iştirak ediblər.

Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirdə iştirak etmişlər.

Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi sahil ərazisində 5 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir.

Tədbir pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

MN: "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib"

Putin: “Azərbaycan deyir ki, əzəli torpağı olan 7 rayonu qaytarmaq hüququ var”

loading...

Ən çox oxunanalar