Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb Şeyxi ilə Zeynəbin arasındakı problemin səbəbi açıqlandı

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı Zeynəb Cavadlı “uşaqları və valideynləri ilə öz evindədir, normal həyatına davam edir. Amma onun keçmiş həyat yoldaşı ilə arasında uşaqlarla bağlı problem yaranıb”.

Pravda.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dubaydakı Baş Konsulluğu bildirir.

Mətbuatda yayılan məlumatların “həqiqətə uyğun olmadığını” deyən Azərbaycanın Dubaydakı Konsulu Elnur Məmmədov bildirib ki, Konsulluq Zeynəb Cavadlı ilə mütəmadi əlaqə saxlayır və o, “normal həyatını davam etdirir”.

O, Zeynəb Cavadlının valideynlərinin həbs edilmədiyini bildirib və qeyd edib ki, həbs üçün əsas olmalıdır.

“Onun valideynləri həbs edilməyib. Bura hüquqi dövlətdir və heç bir qanunsuz hərəkət ola bilməz. Burada hər hansı şəxsin o şəkildə saxlanılması, təqib olunması mümkün deyil. Əgər elə bir hal olubsa, niyə bizə məlumat verməyib, yerli polis orqanlarına müraciət etməyib?”

Azərbaycanın Dubaydakı konsulu Elnur Məmmədov deyir ki, sosial şəbəkələrdə “həqiqəyə uyğun olmayan, dövlət orqanları və şəxslər haqqında yanlış və ya təhrif olunmuş informasiyalar yaymaq hər ölkədə cinayətdir”.

“Əgər Zeynəb xanımın əməlində hər hansı cinayət olsaydı, əlbəttə, ona cinayət işi açıla bilərdi, həbs oluna bilərdi. Lakin Zeynəb xanım evindədir, övladları və valideynləri yanındadır və normal həyatına davam edir,” – o bildirib.

Elnur Məmmədov deyir ki, Zeynəb Cavadlı və Səid Əl-Maktum 2019-cu ilin noyabrında boşanıblar və məhkəmə uşaqları ananın himayəsinə verib.

Onun sözlərinə görə, məhkəmə ataya həftədə bir dəfə övladlarını görmə icazəsi verib və yaranan problem bunun ətrafında baş verib.

“Ötən ilin noyabr ayından indiyədək uşaqlar ata ilə görüşüblər və heç bir problem olmayıb. Problemin bu şəkildə olmasının səbəbi odur ki, Zeynəb xanım övladlarını ataları ilə görüşə özü aparmaq istəyir. Məhkəmə qərarında isə onların şeyx ofisindən sürücü və ya başqa şəxslə getməsinə dair qeyd var”.

Elnur Məmmədov Zeynəb Cavadlının bu istəyinin səbəbini və nə üçün indi ortaya çıxmasını izah etməyib və bu suala “onun özündən cavab almağı” məsləhət görüb.

“Detained in Dubai” təşkilatından hüquq müdafiəçisi Radha Stirling BBC News Azərbaycancaya deyib ki, onlarda olan son məlumata görə, Zeynəb Cavadlı hələ də öz uşaqları ilə öz evindədir, lakin uşaqlar “ondan götürüləcək”.

Radha Stirling söyləyir ki, Zeynəb Cavadlının məsələni İnstagramda canlı yayımda ictimailəşdirməsi, Dubayın hakim ailə üzvü barədə şikayəti, polisi tənqid etməsi onun özünü ictimai cinayətdə ittiham edilmə riski altında qoyur və o, buna görə həbs edilə bilər.

O deyir ki, indiyədək bu cür hallarda şəxslərin uzun müddətlik həbs edilməsi təcrübəsi olub və buna görə Zeynəb Cavadlının təhlükəsizliyi barədə narahatdırlar.

Qeyd edək ki, ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı olduğu deyilən qadının keçmiş həyat yoldaşının işçilərinin və polisin onun evinə gəldiklərini və valideynlərini həbs etdiklərini dediyi eşidilir.

Həmin görüntülərdə qadının pəncərədən evinin həyətinə daxil olan bir neçə qadın və kişini göstərərək və ağlayaraq “onlar mənim valideynlərimi aparırlar” deyə qışqırdığı eşidilir.

O, həyətdəki qadınlardan birini işarə edərək “bu qadın məni və anamı döyürdü, mənim telefonumu və uşaqlarımı qoparıb almaq istəyirdi” deyib.

“Mən heç nə etməmişəm. Dedim ki, mən heç bir problem olmadan uşaqlarımı aparacağam, uşaqlarımı təhlükədə qoya bilmərəm. Onların mənimlə davranış forması bu cürdür. Burada qanun yoxdur. Mənim evimə polis göndərirsən, məhkəmə qərarı olmadan məni təhdid edirsən, mənə təzyiq edirsən. Bir insan öz uşaqlarına bunu necə edə bilər?! Mən bütün bunlara layiq olacaq nə isə etməmişəm,” – Zeynəb Cavadlıya aid olduğu iddia edilən və sonradan YouTube platformasına yüklənmiş canlı yayım görüntülərində deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar