Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Azərbaycanın ata biləcəyi tək bircə addım var: Müharibəyə başlamaq”

Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda qeyri-qanuni məskunlaşdırma siyasətinə hələ ki, beynəlxalq səviyyədə lazımi reaksiya verilməyib. Bu sükut artıq PKK kimi terrorçu qurpların da işğal olunmuş ərazilərə ayaq açmasına səbəb olub. Məlumatlarda bildirilir ki, PKK xüsusi təyinatlılarını Dağlıq Qarabağa göndərib. Onlar ermənilərə təlim keçəcək, həmçinin gözlənilən hərbi əməliyyatlarda iştirak edəcəklər.

Beynəlxalq birliyin prosesləri sükutla seyr etməsi isə artıq rəsmi Bakı üçün qəti addımlar atmaq zərurəti yaradıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə də hesab edir ki, indiki situasiyada Azərbaycanın müharibədən başqa yolu qalmır.

Azərbaycanın ata biləcəyi tək bircə addım var: Müharibəyə başlamaq və torpaqlarını işğaldan azad etmək. Biz müharibədən qaçdıqca, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaqla münaqişənin sülh yolu ilə həll olunacağına ümid etdikcə Ermənistan yavaş-yavaş işğal etdiyi ərazilərdə həm məskunlaşmanı artıracaq, həm də bizim münbit torpaqlarında kifayət qədər ciddi kənd təsərrüfatı institutu yaradaq istifadə edəcək. Necə ki, bu günlərdə qondarma respublikanın “prezidenti” Ağdamda üzüm və nar bağlarının açılışında oldu, məhsul toplantısında iştirak etdi. Biz Zəngilanda və Kəlbəcərdən Ermənistana çəkilən yeni yolunu açılışını da müşahidə edik. Əvvəllər də müxtəlif ölkələrdən işğal olunmuş ərazilərə ermənilərin köçürülməsinin şahidi olmuşduq, yenə də şahidi olacağıq”, - deyə Ümid sədri bildirib.

İqbal Ağazadə əlavə edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin qarşısında heç bir hüquqi əngəl yoxdur: “Bunun qarşısında dayana biləcək heç bir hüquq yoxdur. Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər, qoşulduğu konvensiyalar bunu əngəlləmir. Bu yalnız Azərbaycan hakimiyyətinin verəcəyi qərardır. Təəssüf ki, hələ bunu şahidi olmuruq”.

PKK-çı qrupların Dağlıq Qarabağa gəlişini əsas gətirərək Türkiyənin də bölgədə anti-terror əməliyyatlarına başlamasının mümkünlüyünə gəlincə partiya sədri bildibi: “Əvvəl Azərbaycan başlasın, sonra onun yanında kimin olacağı, necə dəstək verəcəyini görəcəyik”.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Makron Ərdoğanla apardığı müharibədə məğlub olub...

Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu Zəngəzura (Sünikə) çatdı)  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb

loading...

Ən çox oxunanalar