Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fatih Terim: "Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq"

"Oyuna nəzarət bizdə idi, ilk hissədə yaxşı başladıq. Qol epizodları yaratdıq və futbolçular yararlandı. Futbolçulardan razıyam, yaxşı mübarizə apardılar.

Qol buraxdıq, amma növbəti mərhələyə yüksələ bildik. Futbolçuların mübarizəsindən razıyam".

PİA.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, heç vaxt mətbuatın dediyi "11-lik" meydanda olmur: "Bəzi oyunçuların oynamağa ehtiyac var idi. 6-7 oyunçu istirahət etmiş oldu. Bunu etməyə məcburuq. Bu gün düzgün işlər gördük, futbolçuların nə qədər hazır olduqlarına da baxdıq. Heç kim zədələnmədi, buna şükürlər olsun".

Təcrübəli baş məşqçi rəqib haqqında bunları deyib: "Rəqib yaxşı komandadır. Mübarizə apara bilirlər. Onlara uğurlar arzulayıram. Bu gün onlardan daha yaxşı oynadıq.

"Neftçi"ni məğlub etməyimiz sürpriz deyil. Qələbə qazana bilməsək, sürpriz olardı. Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq. Hər kəsə təşəkkür edirəm. Onlar bizim qardaşımızdır.

Bu gün baş məşqçi olaraq 500-cü matçıma çıxdım. Bunu sözlə izah edə bilmərəm. Nə yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokubokda 100-cü qələbədir. Bunlar asan əldə edilmir".

İkinci hissənin əvvəlində buraxdığımız qol bizi yuxudan oyandırdı.

Terim bu gün öz komandasına kökləndiyi üçün "Neftçi"nin oyunçularını təhlil etmədiyini və kimin daha yaxşı oynadığını söyləyə bilməyəcəyini vurğulayıb.

"Jesseni "Neftçi"ni bəyənməyib, biz bəyəndik. Gənclər üçün tez qərar vermək lazım deyil. Özlərini yaxşı tərəfdən göstərə bilərlər.

Baş məşqçi III təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiya "Hayduk"u ilə matç barədə bunları deyib: "Növbəti mərhələyə yüksələcəyimizə inanıram. Əsas məqsəd qrup mərhələsində iştirak etməkdir".(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - Müsahibə

loading...

Ən çox oxunanalar