Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan açıqlandı

Koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2021-ci ilin sonuna qədər 7 trilyon ABŞ dolları təşkil edəcək.

PİA.az xəbər verir ki, bu qiymətləndirməni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş iqtisadçısı Lorans Bun “Les Echos” qəzetinə verdiyi müsahibədə açıqlayıb.

“2021-ci il üçün proqnozlarımızı dəyişdirməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətli bərpa olunmayacaq. Virusla hələ bir çox ay yaşayacağıq. 2021-ci ilin sonuna qədər qlobal ÜDM 7 trilyon ABŞ dolları itirəcək. Bu ciddi sarsıntıdır”, - o deyib.

Qeyd edək ki, İƏİT çərşənbə günü yaydığı hesabatda koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyi halda 2020-ci ildə dünya ÜDM-nin azalma göstəricisinin əvvəlcədən proqnozlaşdırıldığı kimi 6% deyil, 4,5% ola biləcəyini qeyd edib.

Təşkilatdan yeni hesabatında 2020-ci ildə qlobal istehsalda azalmanın gözləniləndən daha az olduğu, lakin ən yeni tarix üçün görünməmiş hal olduğu vurğulanır. İƏİT-dən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsindən və müəssisələrin yenidən işə başlamasından sonra istehsal həcmləri sürətlə artıb, lakin yay aylarında qlobal bərpa sürəti bir qədər yavaşlayıb.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar