Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Nəsirov deputatlardan üzr istədi

“Bu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda bir sıra məsələləri qabartdım. Xüsusilə də sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbul edilməsinin vacibliyini söylədim. Bildirdim ki, bu gün sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzuna xələl gətirilir və bu halda heç bir məsuliyyət daşımırlar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Eyni zamanda, bu konteksdə söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar. Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub", deputat bildirib.

E.Nəsirov bu məsələni növbəti dəfə araşdırdığını və hələ ki, bu faktların təsdiqini tapmadığını qeyd edib: "Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar