Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Anar Kərimov: “Yeni mədəniyyət strategiyası hazırlanmalıdır”

“Mədəniyyət sahəsi cəmiyyətdə strateji istiqamətlərdən biridir. Mən UNESKO-da fəaliyyət göstərdiyim zaman da həm cənab Prezidentin, həm də Mehriban xanımın bu sahəyə qayğısının şahidi olmuşam”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, UNESKO-da işlədiyi zaman mədəniyyət məsələlərinə, yumşaq gücə dövlətlərin diqqəti və marağı yüksək olub: “Həm hərbi, həm də iqtisadi gücü olan ölkələr belə yumşaq gücə, mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir. Yumşaq güc vasitəsilə cəmiyyətlərin müqaviməti olmadan işlər görə bilir. İkincisi, öz mədəniyyətlərinin təbliği üçün bunu edir. Ancaq ən önəmlisi onlar yumşaq güc vasitəsilə təsir imkanlarını artıra bilir. Biz bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. Yeni mədəniyyət strategiyası hazırlanmalıdır. Vəzifəyə başlayan kimi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun addımlar atmağa başlamışıq. Vəziyyətin təhlil edilməsi üzrə işlər aparılır. Mədəniyyət Nazirliyində aşkara çıxan problemlərin həlli üçün proses davam edir. Bu prosesin davamı üçün biz islahat işçi qrupu təsis etmişik. Burada yerli, xarici ekspertlər var. Xarici ekspertlər bundan əvvəl Azərbaycana səfər edən şəxslərdir. Onlar da bu İşçi Qrupa cəlb edilib”.(apa)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

loading...

Ən çox oxunanalar