Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İmici korlanmış kadrlar YAP-dan uzaqlaşdırılacaq” – Partiya onlayn qurultay keçirir?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultay keçirəcəyi ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. İddia olunur ki, “köhnə qvardiya”nı təmsil edən şəxslər qısa zamanda YAP rəhbərliyindən uzaqlaşdırılacaq. Bir sıra ekspertlər hesab edir ki, tanınmış tele-jurnalist Mirşahin Ağayevin rəhbəri olduğu “REAL TV”-nin efirində YAP-ı sərt tənqid etməsi təsədüfi hesab oluna bilməz. Görünən odur ki, YAP növbədənkənar qurultaya gedəcək və köhnələr rəhbərlikdən uzaqlaşdırılacaq. Hakim partiyanın növbədənkənar qurultaya getməsini şərtləndirən digər səbəblərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin hələ də YAP-ın elitasında müəyyən qədər təsir gücünə malik olmasıdır. Bu isə partiyanın fəaliyyətində süstlük yarada bilər. Sözügedən məsələni Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovla müzakirə etdik. YAP-çı deputat Cebhe.info-ya açıqlamasında hakim partiyanın qurultaya getmək məsələsinin istisna olmadığını deyib: “Bir məsələnin altından xətt çəkərək demək istəyirəm. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı, hərtərəfli islahat kursu elə bir sahə yoxdur ki, onu əhatə etməsin. İslahatlar bütün sahələri əhatə edir. Prezident özü söyləyib ki, Yeni Azərbaycan Partiyasında da yeni reallıqlarda təkminləşdirilmələrə ehtiyac var. Yəni partiyanın özündə də islahatların getməsi vacibdir. YAP islahatlara açıq partiyadır və bu islahatlar partiyanın daxilində gedib.

Xüsusilə də kadr islahatları partiyada aparılıb ki, bunun da nəticəsi olaraq çoxsaylı gənclər partiya sıralarına cəlb edilib. Bunu bir çox hallarda hakim partiya xüsusi olaraq reklam etməyib. Yeri gəlmişkən, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ideyası da islahatçı partiya olaraq YAP tərəfindən irəli sürülmüşdü. Amma bununla yanaşı, ölkədə keçirilən islahatların miqyası o qədər böyükdür ki, bu halda partiyanın özündə də struktur və kadr islahatların həyata keçirilməsi baş verə bilər. Bunun da həyata keçirilməsi üçün partiyanın nizamnaməsinə uyğun olaraq qurultayın keçirilməsi məsələsi gündəmə gələ bilər.

Amma bu, partiya rəhbərliyi səviyyəsində müəyyən edilən məsələdir. Sadəcə olaraq, sosial şəbəkələrdə, ictimai rəylərdə mən də ona rast gəlirəm ki, partiyanın qurultayının keçirilməsi ilə bağlı fikirlər sələnir. Ancaq bu qurultay nə zaman olacaq, bu haqda fikir demək mənim üçün çətindir. Çünki elə bir səlahiyyətim yoxdur. Ancaq indi həm də pandemiya dövrüdür. Əgər YAP qurultay keçirərsə, bu, yəqin ki, onlayn olaraq videoformatda keçirilə bilər”.

Elman Nəsirov vurğulayıb ki, imici korlanmış kadrların partiyanın Siyasi Şurası və İdarə Heyətindən çıxarılması mümkündür: “Bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri partiyanın Siyasi Şurası və İdarə Heyətinin dəyişdirilməsidir. Hətta müəyyən siyahılar da dərc olunur və göstərilir ki, partiyanın inkişafında, iş fəaliyyətinin gücləndirilməsində, möhkəmləndirilməsində potensial imkanlara malik olmayan kadrlar var. Partiyada vəzifədən çıxarılmış, imici korlanmış kadrlar qalır. Belə bir qurultay keçiriləcəyi təqdirdə, onların Siyasi Şura və İdarə Heyətindən çıxarılması mümkün görünür. Amma qurultayın keçiriləcəyi ilə bağlı müddət deyə bilmirəm.

Bəlkə qurultay pandemiyadan sonra baş tutacaq. Ola da bilər ki, partiya rəhbərliyi qurultayın onlayn formatda keçirilməsini məsləhət görər. Bu sualların cavabını söyləmək çətindir. Amma bir daha vurğulayıram ki, YAP islahatlara açıq partiyadır, islahatların keçirilməsində maraqlıdır. Bir çox hallarda islahatların təşəbbüskarı kimi çıxış edib”.(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar