Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

26 yaşlı gənci qətlə yetirən şəxs tutuldu - Yenilənib

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib.

PİA.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Dərhal araşdırmalara başlayan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini isti izlərlə müəyyən edərək saxlayıblar.

İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Cinayət də məhz bu səbəbdən baş verib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.(APA)

***

Bakıda bıçaqlanma hadisəsi baş verib.

PİA.az xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı İsayev Orxan tanıdığı Murad adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə pul söhbəti üstündə olub.

Faktla bağlı araşdırma aparılır.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar