Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir. Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib”.

PİA.az-ın xəbərinə görə, bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatında bildirilib.

Bəyanatda deyilir:

“Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi ErmənistanAzərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.

Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir, hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.

Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.

Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi düşmənə layiqli cavab verəcəkdir.

Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən təmizlənəcəkdir. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz torpaqlarımıza geri qayıdacağıq”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar