Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - Fotolar

Vətəndaş Seymur Quliyev Sabunçu İcra Hakimiyyəti binası önündə təkadamlıq aksiya keçirib. O, icra başçısı Adil Vəliyevin onu qəbul etməməsinə bu şəkildə etiraz edib.

Vətəndaşın Ovqat.com-a verdiyi məlumata görə, Sabunçu İcra Hakimiyyəti onun əmlakını qəsb edən Hacı Qalib Salahzadə qarşısında acizlik nümayiş etdirir və bu səbəbsiz deyil:

“İyulda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizov məni qəbul edib dinlədi, əmlakımın qəsbi və sonra baş verənləri biabırçılıq adlandırdı. Bakı İcra Hakimiyyətinin başçısı və 11 şöbə rəsinin imzası ilə Sabunçu İcra Hakimiyyətinə məktub yazıb mənim torpağıma gedən yolun açılması istənilib. Hörmətli Eldar müəllim yolun açılmasının tez bir zamanda baş verməsini məktubunda qeyd edib. Sabunçu İcra Hakimiyyəti həmin məktubda göstərilən tələbi yerinə yetirmir, mənə qarşı cinayəti törətmiş Qalib Salahzadənin tərəfində dayanır”.


Onun sözlərinə görə 9 ildir ki, əmlakı Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub. Məmurların hərəkətsizliyi, Azərbaycan qanunlarını saymaması, Konstitusiyanın tələblərinə məhəl qoymamaları özəl əmlakının dayanacaq kimi istifadə edilməsinə yol açıb:

“Cənab prezident İlham Əliyev heç bir məmurun, heç bir kəsin qanundan üstün olmadığını hər çıxışında vurğulayır. Sabunçu İcra Hakimiyyətində sanki cənab prezidentin dediklərini heç eşitməyiblər. Məni iyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul etdi, dinlədi. Adil Vəliyev isə “pandemiyadır” deyib qəbul etmir. Eldar Əzizov məni məhz panemiya dövründə qəbul edib. Mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxıb, mənə qarşı baş verənləri biabırçılıq adlandırıb. Adil Vəliyev isə məni təsərrüfat şöbəsinin müdirinin yanına, müavini Güloğlan müəllimin üstünə yollayır. Bu vəzifəli şəxslər də açıq-aşkar deyir ki, bu məsələ bizim səlahiyyətlərimizi aşır, biz heç kimik. Mən başa düşə bilmirəm, belə çıxır ki, Eldar Əzizov, Adil Vəliyevin müavini Güloğlan müəllim, təsərrüfat şöbəsinin müdiri Sabunçunun icra başçısından daha sağlamdırlar?”

Vətəndaş Seymur Quliyev illərdir ki, tapdanan mülkiyyət hüququnun bərpası üçün mübarizə aparır. Bu müddət ərzində Qalib Salahzadə tərəfindən zəbt olunan özəl torpağının geri qaytarılması üçün müxtəlif instansiyalara ardıcıl müraciətlər edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2 dəfə torpağın Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa Baş Prokurorluq torpaq sahəsinin Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişinə əsasən Reyestr Xidmətinə sorğu verilib ki, əraziyə gedən yol müəyyən edilsin və açılamsının təmin edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılıb: “Eldar Əzizov məni qəbul edəndə dinlədi, dedi ki, məsələ həll olunacaq. Həll edilməsə, Qalib Salahzadə qanunsuzluğu davam etdirsə, məsələni ölkə rəhbərliyinin diqqətinə çatdıracaq. Sabunçu İcra Hakimiyyyəti açıq-aşkar Eldar Əzizovun göstərişlərinə əməl etmir, Hacı Qalibə himayədarlıq edirlər, onun mənə qarşı cinayətinə şərik olurlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar