Bazar, 20 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub - Video

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq sentyabrın 16-da Gəncə Qarnizonunda hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsinin açılışı olub.

Tədbirdə iştirak edən general-mayor Xəqani Cəbrayılov və Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini polkovnik Elxan İbrahimov istifadəyə verilən şöbədə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal olunmuş ən müasir tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində çıxış edən polkovnik E.İbrahimov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əldə olunmuş uğurlardan danışıb, Müdafiə nazirinin təbriklərini və tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqları tədbir iştirakçılarına çatdırıb.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? 

"İlk çipi də Azərbaycanda Alim Qasımova taxacaqlar” - Aqşin Yenisey

"Peyğəmbər" yoxsa "baş redaktor"? - Lənkəranda peyğəmbər olduğunu iddia edən gənc bibisini öldürdü - Video

İlham Əliyev: “Özüm gedib baş çəkəcəyəm və baxacağam ki, göstərişlərim necə yerinə yetirilir”

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Foto

“Əfv alveri” ilə məşğul olan keçmiş deputat kimdir? – Əqrəblər Ukraynadakı səfirimiz Elmira Axundovanı göstərir

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - Video, Yenilənib 1

Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

BDU professorun universitetə buraxılmaması ilə bağlı açıqlama yaydı

loading...

Ən çox oxunanalar