Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vüqar Səfərli Əli Həsənovu satdı - İfadəsində keçmiş şöbə müdirini hədəf göstərib - Video

KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.

PİA.az xəbər verir ki, KİV-ə Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub.(Yenicag.az)

 

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

Düşmənin döyüş texnikaları belə məhv edildi - Video

Ermənistan ölən hərbiçilərin adlarını açıqladı - Siyahı

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Baş Prokurorluq yaralıların sayını və adlarını açıqladı

Prezident İlham Əliyev xalqa müraciət etdi: "Biz haqq yolundayıq!"- Yenilənib

loading...

Ən çox oxunanalar