Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya işləməyə gedənlərin nəzərinə - Video

Rusiyada miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi hazırlanır.

Layihəyə əsasən ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların rusiyadan deportasiya edilməsi də gündəmdədir. Azərbaycandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır.

Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.

Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib. İşləmək üçün ölkəmizdən Rusiyaya gedənlərin çoxluğunu nəzərə alsaq, qanun layihəsi Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər önəm kəsb edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, dəyişikliklər həm də miqrasiya prosesini çətinləşdirmək məqsədi daşıyır.

Sahib Məmmədovun sözlərinə görə, nəzərdə tutulan avans vergisi ölkədə işləmək üçün icazə sənədinə bərabər tutulacaq.

Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar