Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib.
"VAZ" markalı iki minik maşınlarının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Babək Kərimov və 1998-ci il təvəllüdlü Mehman Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az