Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi Aralıq dənizində şahmat oyunu - AB görüşündən nələr çıxacaq?..

Şərqi Aralıq dənizində sərhədi olmayan və heç bir şəkildə haqlı olmayan Fransanın Şərqi Aralıq dənizində belə bir macəraya sürüklənməsi özünə güllə atması mənasına gəlir...

Erdal Tanas Karagol
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 sentyabr 2020-ci il

Şərqi Aralıq dənizində qarşılıqlı hesablaşmalar, dialoqlar və simvolik səfərlərlə idarə olunan bir gərginlik davam edir. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarın Kaşa və həmin gün Yunanıstan prezidentinin Meis adasına etdiyi səfərin beynəlxalq münasibətlər baxımından simvolik bir mənası olduğu açıq-aydın görünür.

Türkiyə Şərq Aralıq dənizindəki bütün seysmik və qazma işlərinə davam edərkən sərhəddəki hüquqlarının qorunması məsələsində heç bir tərəddüd etmir. Bunu da hər platformada açıq şəkildə ifadə edir. Türkiyə onun hüquqlarını heçə sayan Yunanıstana və Fransaya qarşı dik durmağa davam edir.

Yunanıstan və bu ölkəni təhrik edən Fransa gərginliyi artırmaq üçün fərqli bir strategiya davam etdirir.

Fransanın məqsədi nədir?

Fransa bir tərəfdən AB vasitəsilə liderlik qazanmaq, digər tərəfdən isə daxili siyasətdəki gərginlikdən qurtulmaq, yeni dövrdə fərqlənmək və son illərdə iqtisadiyyatda yaşadığı problemləri, xüsusən də koronavirus pandemiyasının yaratdığı iqtisadi daralmanı təyyarə sataraq aradan qaldırmaq istəyir. Yunanıstana döyüş təyyarələrinin satışına dərhal başlanılması da bunun bir sübutudur.

Əlbəttə ki, Fransa ən çox da Şərqi Aralıq dənizində olmaq və burada bir aktyor olduğunu göstərməklə dənizlərə hakim olmaq arzusunu gücləndirməyə çalışır.

Bu baxımdan, Fransa MED 7 zirvəsində İspaniya, İtaliya, Cənubi Kipr, Malta, Yunanıstan və Portuqaliyanı Korsikada bir yerə toplayaraq Türkiyəyə qarşı iş birliyi etməyə və Aralıq dənizində lider olduğunun mesajını verməyə çalışıb. Üstəlik, nə qədər səs-küy yaratdığı da məlum olmayıb.

Digər tərəfdən Fransa 24 sentyabrda baş tutacaq AB iclası ərəfəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək üçün bir lobbi yaratmaq məqsədilə bütün təsir qüvvələrindən istifadə etməyə çalışır. Əslində isə Almaniyanın AB-dəki liderliyinə də göz dikdiyini büruzə verir.

Ancaq Şərqi Aralıq dənizində sərhədi olmayan və heç bir şəkildə haqlı olmayan Fransanın Şərqi Aralıq dənizində belə bir macəraya sürüklənməsi özünə güllə atması mənasına gəlir.
AB görüşündən nələr çıxa bilər?

Bəlkə də, indi 24 sentyabrda keçiriləcək AB iclasında nələr olacağını təxmin etmək çətindir. Ancaq AB ölkələrinin Yunanıstan və Fransanın tələblərinə görə radikal addımlar atması, Türkiyəni bölgədən geri çəkməsi, Türkiyəsiz Şərqi Aralıq dənizində yeni bir nizam yaratması və yeni bir strategiya təyin etməsi olduqca çətindir. Çünki Şərqi Aralıq dənizindəki ən uzun sərhədi olan ölkə Türkiyədir. Beynəlxalq hüquq baxımından ölkələrin haqlı mövqeyi olan ölkə də Türkiyədir. Bu səbəbdən, Şərqi Aralıq dənizi ilə bağlı qərar alarkən AB yalnız üzv ölkələrin tələblərini deyil, bu qərarların nəticələrini də qəbul etməlidir.

AB ölkələri Türkiyədə gözlədilən suriyalı mühacirləri, AB ölkələrinə mənsub şirkətlərin ticarət fəaliyyətlərini və daha bir çox faktoru nəzərə almaq məcburiyyətindədir. Bu səbəbdən, Almaniya Şərqi Aralıq dənizində daha ehtiyatlı davranır. Buna görə, AB-nin Türkiyə əleyhinə qərarlar verməyəcəyini düşünürəm. Çünki Türkiyənin bir çox baxımdan üstünlüyü və strateji mövqeyinə görə Şərqi Aralıq dənizi məsələsi artıq Türkiyə üçün ən həyati və ən vacib milli məsələlərdən birinə çevrilib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: AB Fransa Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar