Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublu ilə bağlı ittihamlarla üzləşən Adil Qeybulladan sərt sözlər

“Onlar maraqlıdır ki, Tofiq bəyin durumu ağırlaşsın, ölüm olsun və onlar da aylarla şou düzəltsinlər”

Həbsdə olan Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu sentyabrın 2-dən etibarən keçirdiyi aclıq aksiyasını dayandırmır. 

Tibb elmləri doktoru Adil Qeybullanın xahişi ilə onun işlədiyi “City Hosbital”a köçürülən T.Yaqublu israrla aksiyanı burada da davam etdirir. 

Penitensiar Xidmətin bu məsələyə dair məlumatında deyilir ki, T.Yaqublu ilə müvafiq izahedici söhbətlər aparılıb, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.

Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.

Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib. 

T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya - “City Hospital”a köçürülüb.

Sentyabrın 14-də isə vəkil Elçin Sadıqov T.Yaqublu ilə görüşüb. O, bu barədə T.Yaqublunun qızı Nigar Həziyə məlumat verib.

“Elçin bəy dedi ki, Tofiq Yaqublu uzanıqlıydı və halı yox idi qalxmağa. Qida qəbul etmir, gözləri çox dərinə düşüb. Təzyiqi düşübmüş, sonra tənzimləyiblər” - deyə N.Həzi deyib.

Ombudsman Aparatının nümayəndələri də sentyabrın 14-də Tofiq Yaqublu ilə görüşüblər.

APA-nın xəbərinə görə, bu barədə onun qızı N.Həzi məlumat verib.

O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb.

N.Həzinin özü də sentyabrın 14-də atası ilə görüşməyə nail olub. Görüşdən sonra o deyib: “Artıq sistemləri də dayandırıb. Bildirdi ki, bundan sonra sistem vurulmasına imkan verməyəcək. Hətta doktor Adil Qeybulla belə israr etsə də, bu olmayacaq. Xeyli zəifləyib. Vəkillərinin hər gün onunla görüşünə icazə verilməsini tələb edir”.

Onun sözlərinə görə, Tofiq Yaqublu zəifləməsinə baxmayaraq, aksiyanı davam etdirməkdə israrlıdır: “Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm. Heç bir qidalanmadan söhbət gedə bilməz. Ona vurulan sistemlər də qida tərkibli deyil”.

Qeyd edək ki, T.Yaqublunun aksiyaya başladığı ilk gündən onun ətrafında şou yaratmaq istəyən qüvvələr peyda olub. Onların önündə isə əsasən AXCP-dən ibarət olan Milli Şura və xaricdəki bəzi mühacirlər gedir. Burada Amerikada yaşayan və internet üzərindən canlı yayımlar edən jurnalist Sevinc Osmanqızı da çox aktiv görünür. Açıq şəkildə müşahidə olunur ki, bu qüvvələr T.Yaqublunun aksiyanı dayandırmasını heç bir halda arzulamırlar, əksinə, hökumətin üzərinə getmək üçün əllərinə düşən şansdan sona qədər yararlanmağa çalışırlar.

Bu qüvvələrin ittiham etdiyi tərəflərdən biri də A.Qeybulladır. Onu hökumətin sifarişini yerinə yetirərək, T.Yaqublunu işlədiyi xəstəxanaya gətirib, komaya salmaq niyyətində olmaqda ittiham edirlər. Hətta ötən ilin oktyabrından komaya düşən və hələ də ayılmayan hüquq müdafiəçisi O.Gülalıyevi də bu məsələyə qoşur, onun bu vəziyyətə düşməsində A.Qeybullanı günahkar çıxarmağa çalışırlar. Belə müdhiş iddia irəli sürürlər ki, həkim bilərəkdən Gülalıyevin əməliyyatını gecikdirib. Qəzadan sonra ilk olaraq, “City Hosbital”a yerləşdirilən hüquq müdafiəçisinin oradan çıxarılmasında da A.Qeybulla suçlu bilinir. O.Gülalıyevin iki oğlu-Təbriz və Əli-yazdıqları statuslarda ən sərt formada ittiham hədəfinə “City Hosbital”ın həkimini çıxarıblar.  

Bütün bu ittihamlarla bağlı A.Qeybulla Musavat.TV-nin canlı efirinə çıxaraq, məsələyə geniş şəkildə əvvəldən axıra qədər bu cür aydınlıq gətirib: “Mən bu ailə ilə 30 ildir dostam. Ortada bir güvən var. İcazədən sonra Tofiq bəyi normal bir şəraitdə müayinə etdim. Ümumi durumu, müalicəsi, tibb işçilərinin ona münasibəti ilə maraqlandım. Razılığını bildirdi. Mən də ondan aclıq aksiyasını dayandırmağı xahiş etdim. Əslində onun bu aksiyası çox təhlükəlidir. Bu, ölümə gedən aclıqdır. Yaşlı adamda ciddi risklər yaradır. Şəxsi nəzarətim altında xəstəxanaların birində müalicəsinə şərait yaradılması ilə bağlı müraciətim nəzərə alındı. Bunun üçün təşəkkür edirəm. Mən neçə ildir ki, burada çalışdığım üçün bura köçürdülər. Əslində Tofiq Yaqublunun kamerası oradan bura dəyişdirilib. Konvoylar ciddi nəzarət edirlər. Tofiq bəyin təhlükəsizliyi tam təmin olunub. Onun vəziyyəti, hər halda, bura gələndən yaxşıdır. Nəzarət altındadır. Aclıq aksiyası davam edir. Hər şey ciddi kontrol altındadır. Məhbus olduğu üçün yanına heç kəs buraxılmır. Ümumiyyətlə, aclıq aksiyası keçirən adamın yanına heç kimi buraxmaq olmaz. O, tibbi nəzarətdə olmalıdır. Tofiq bəy ayrıca bir palataya yerləşdirilib. Hesab edirəm ki, heç bir narahatlığa əsas yoxdur. Mütəmadi olaraq, ailə üzvlərinə məlumatlar verilir. Əlbəttə, onun aclıq askiyası keçirdiyi üçün durumu narahatlıq doğurur.  Onun yanına vəkillər və Ombudsman Aparatının nümayəndələri girə bilirlər. O da iki dəqiqə sözünü deyir və çıxırlar. Tofiq bəy Amerikada oturub boş-boş danışanların danışıqlarına rəğmən danışa bilir. Hər şeyə rəğmən hələ də aclıq aksiyasını davam etdirməkdə israrlıdır. İttiham olunmağıma gəlincə, bu məsələnin ətrafında panika yaradanlar iki qrupa bölünürlər. Birincisi, vəziyyətdən səmimi narahat olanlardır. İkincisi isə bu məsələnin ətrafında şou yaratmaq, siyasi divident qazanmaq, haradansa qrant almaq və gündəmdə qalmağa çalışanlardır. Təəssüflər olsun ki, müəyyən adamlar sosial şəbəkələrdə bu avatürist adamların axarına düşürlər, səmimi yanılırlar və nəticədə müxtəlif nəticələr çıxarırlar. Bu cür fikirlər yayanların təsəvvürləri ya yanlışdır, ya da məqsədli şəkildə bunu edirlər. Sezdiyim odur ki, bir qrup Tofiq Yaqublunun bu aksiyanı davam etdirməsində maraqlıdır; Tofiq bəyin durumu ağırlaşsın, ölüm olsun və onlar da bunun ətrafında aylarla şou düzəltsinlər. Çünki danışmağa başqa mövzuları yoxdur. Onlar son enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aksiyanı davam etdirsin...”

Həkim O.Gülalıyevlə bağlı ittihamlara da cavab verib: “Watsapp üzərindən Oqtay Gülalıyevin həyat yoldaşının imtina ərizəsini atacam. Orada Oqtay bəyin başqa xəstəxanaya aparılması yer alır. Yəni o qərar yoldaşı tərəfindən verilib. Deyilənlər tamamilə yanlışdır. Bu məsələni üzərimə çevirmək konkret məqsədli xarakter daşıyır. Oqtay Gülalıyevin ”City Hospital"ı suçlayan oğlunun tərbiyəsində qüsur var. Amma həmin hadisədən bir ay əvvəl burnundan burada əməliyyat olunub. Oqtay bəyi burada gördüm, soruşdum, dedi ki, uşaq əməliyyat olub. İndi nə oldu ki, bura onun dediyi kimi oldu? İnsanın bir etikası olar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar