Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus simptomlarını müəyyənləşdirən maska hazırlanıb

Sinqapur alimləri koronavirus infeksiyasına yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, maskada nəbz, bədənin istiliyi, təzyiqi, nəfəsalma vəziyyəti və digər bu kimi əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb. Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürlər. Sensorların özlərinin qoruyucu avadanlıqlarla birlikdə yuyula biləcəyi və hətta bir maskadan digərinə keçirilə biləcəyi qeyd olunur.

Bu texnologiyanı işləyib hazırlayanlar söyləyiblər ki, fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar. Hazırda maskanın qiyməti 36 dollardan bir qədər çoxdur, lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.

Bundan əvvəl Amerika alimləri sübut ediblər ki, kombinə edilmiş materialdan olan cərrahi maskalar və aksesuarlar koronavirusa qarşı ən yaxşı müdafiə vasitələridir. N95 tipli xüsusi cərrahi maskalar və kombinə edilmiş materiallardan hazırlanmış qoruyucu aksesuarlar - məsələn, pambıq və sintetik maskalar yüksək effektivliyi ilə fərqlənirlər. Lakin N95 standartından olan maskaların yüksək qoruyuculuq dərəcəsinə malik olmalarına baxmayaraq, tədqiqatçılar həmin maskalarda quraşdırılmış klapana görə onların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.

pia.az


Etiket: koronavirus maska


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar