Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadirin Gülbahar Şükürlü üçün yardım istəməsinə Tolikdən cavab: "Brilyantlarını satsın"

Nadir Qafarzadə başında onkoloji şiş tapılan qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü üçün göz yaşı töküb.

PİA.az-ın məlumatına görə, müğənni "İnstagram" səhifəsində videomüraciət yerləşdirib. O, qarmon ifaçısının vəziyyətinin günü-gündən pisləşdiyini bildirib.

"Mən düşünürəm ki, bu xanıma kömək lazımdır. Mədəniyyət Nazirliyindən heç olmasa zəng edib maraqlansınlar, mənəvi kömək olsunlar. Maddi kömək də lazımdır". İfaçı bildirib ki, sənət adamları çoxdandır işləyib, pul qazana bilmirlər. "Bu xanım da daha nəyi var idi yedi, içdi qurtardı. Düşünürəm ki, kömək lazımdır. Gülbahar xanım hər zaman sənəti ilə gündəmdə olub".

Kömək üçün aidiyyətli qurumlara müraciət edən N.Qafarzadə bildirib ki, pandemiya dövrü bir çox insanları xəstəliyə salıb. Ələxüsus da sənət adamları ruhdan düşüb, əsəbləşiblər. "Çərçivədə olmağı bacarmadılar. Çünki hər zaman səhnədə olan, yaradıcı insanlar bu vəziyyəti çətin keçirirlər. Bunlar hamısı üst-üstə gəlib bu xanımı yataq xəstəsinə çevirdi. Amma düşünürəm ki, müalicə var. Kimsə onu üzərinə götürməlidir. Mən hər zaman onun yanındayam. Amma mən tək nə edə bilərəm ki... Özüm üçün heç nə istəməmişəm, xahiş etməmişəm, amma Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm. Qoymayın daha bir sənət adamını itirək. Elə bir yaşı da yoxdur. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi. İçim yanır sadəcə, çox çətindir".

Müğənninin bu müraciəti heç də birmənalı qarşılanmayıb. Tolik kimi tanınan prodüser Tarix Əliyev Nadir Qafarzadənin paylaşımına şərh yazaraq G.Şükürlünün müalicə üçün imkanının olduğunu deyib. "Səni həmişə dəstəkləmişəm, amma anlamadım, Gülbaharın pulu yoxdur? Bu qədər imkansız ailələr var. Onlar heç həkimə gedə bilmirlər. Şükür Allaha, Gülbaharın qızı, kürəkəni özünün qızıllarını, brilyantlarını satsın. Canından artıq deyil ki. Gülbahara hörmətim var. Allah tez zamanda şəfasını versin. Amma onun köməyə ehtiyacı yoxdur, maşa Allah tanışları da, özünün azdan-çoxdan imkanı da var. Vay kasıbın halına ki, evində 100 manatə yoxdur uşağını həkimə aparsın". Tolik qeyd edib ki, G.Şükürlü həyat yoldaşının ölümündən sonra çox fikir edib.(Baku.ws)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar